Su obyektlərinin pozulması qanunvericilikdə cəzası necə nəzərdə tutulur?

Sual: Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasının qanunvericilikdə cəzası necə nəzərdə tutulur?

Cavab: Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə, su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə, xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına, su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə, sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olmasına, su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.(https://naxcivanxeberleri.com/bloq/su-obyektlerinin-pozulmasi-qanunvericilikde-cezasi-nece-nezerde-tutulur-7804)

Şahbuz rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas - Əfqan İsmayılov