Şəxsiyyət vəsiqəsinin məbləği qanunvericilikdə necə tənzimlənir?

Sual: Şəxsiyyət vəsiqəsinin verilməsinə və dəyişdirilməsi qaydaları və  dövlət rüsumlarının  məbləği qanunvericilikdə necə tənzimlənir?

Cavab: Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.

Şəxsiyyət vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə dövlət rüsumları aşağıdakı kimidir.

-    10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat; 15 yaşınadək uşaqlara 5 manat:
-    3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 50 manat; 15 yaşınadək uşaqlara 25 manat:
-    1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 70 manat; 15 yaşınadək uşaqlara 30 manat:

 (https://naxcivanxeberleri.com/bloq/sexsiyyet-vesiqesinin-meblegi-qanunvericilikde-nece-tenzimlenir-6892)

Sədərək rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas - Cavid Əsgərov