Sual: Daşınmaz əmlak üzərində hüquqlar neçə gün müddətinə dövlət qeydiyyatına alınır?
Cavab: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq ərizənin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır. Eyni zamanda həmin maddədə göstərilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər.(https://naxcivanxeberleri.com/bloq/dasinmaz-emlak-nece-gune-dovlet-qeydiyyatina-alinir-6877)
Sədərək rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas - Cavid Əsgərov