Bəzi mütəfəkkirlər və QHT-lərin insan öhdəliklərinə ehtiyacla bağlı qüvvətli arqumentlər, hətta onları aydın ifadə etmək üçün kodlar və ya bəyanatlar ortaya qoysalar da, insan hüquqları cəmiyyəti ümumiyyətlə bu müzakirə mövzusuna təmkinlə yanaşır.
Bunun səbəbi bir çox hökumətlərin insan hüquqlarını dövlət və ya idarəçi tərəfindən irəli sürülən “vəzifələr”in yerinə yetirilməsindən asılı olaraq təmin etməsi və bununla da, anadangəlmə insan hüquqları ideyasını bütünlüklə hüquq olaraq mənasızlaşdırmasıdır. Buna baxmayaraq, fərdlərin və qruplar olaraq bizim başqalarının hüquqlarına hörmət etmək, insan hüquqlarını pozmamaq və başqalarının hüquqları ilə yanaşı öz hüquqlarımızı da inkişaf etdirməyimizlə bağlı heç nə deyilmir. Əslində, hər kəsin özünün azad və tam inkişafının mümkün olduğu cəmiyyət qarşısında vəzifəsi var, hər kəs öz hüquq və azadlıqlarının həyata keçirilməsi zamanı yalnız lazımi tanınmanın təmin edilməsi, başqalarının hüquq və azadlıqlarına hörmət edilməsi və mənəviyyatın, demokratik cəmiyyətdə ümumi rifah və ictimai qaydanın əsas tələblərinə cavab vermək məqsədilə qanunla müəyyən edilmiş məhdudiyyətlərə tabedir.(https://naxcivanxeberleri.com/bloq/insan-huquqlari-ve-insan-ohdelikleri-barede-6741)
Amin Məmmədzadə
Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas