Ödənişsiz məzuniyyət kimlərə aid edilir

Sual: Ödənişsiz məzuniyyətdən istifadə hüququ kimlərə aid edilir?

Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.(https://naxcivanxeberleri.com/bloq/odenissiz-mezuniyyet-kimlere-aid-edilir-5434)

 

 

 

 

 

 

 

Zahir Həsənov    

Şərur rayon Prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri