Nikah qanunvericilikdə necə nəzərdə tutulub

Sual: Nikahın bağlanma qaydası və Nikahın yaşı qanunvericilikdə necə nəzərdə tutulub?

Cavab: Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, Azərbaycan Respublikasının Ailə Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 (bir) ay sonra onların iştirakı ilə bağlanır.
Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 (bir) aydan çox olmayan müddətə uzadıla bilər.
Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada məhkəməyə şikayət edə bilərlər.
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 (bir) ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.(https://naxcivanxeberleri.com/bloq/nikah-qanunvericilikde-nece-nezerde-tutulub-5286)

 

 

Əfqan İsmayılov

Şahbuz rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas