Sual: Kimlər inzibati qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmır?
Cavab: Qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyası sığınacaq verilən şəxslər habelə insan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmir. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsinde 1 il müddətində cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma təqibi edilmir. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnebilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ 1ildən 5 ilədək müddətdə məhdudlaşdırılır.(https://naxcivanxeberleri.com/bloq/kimler-inzibati-qaydada-azerbaycan-respublikasinin-hududlarindan-kenara-cixarilmir-5204)
Amin Məmmədzadə
Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas