Sual: Tələbin borclu huquqi şəxsin pul vəsaitlərinə yönəldilməsi necə həyata keçirilir?
Cavab: Borclu huquqi şexsin kassasında ve ya başqa otaqlarında aşkar edilmiş nağd pul vəsaitləri (manatla ve xarici valyuta ilə götürülür).Götürülmüş manatla pul vəsaitləri borcun həcmi miqdarında tələbkarın hesabına icra ödənişlərinin həcmi miqdarında dövlət büdcəsinə ve icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülməsi üçün həmin gün banka təhvil verilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərinin ödənilməsi üçün nəzərdə tutulmuş vəsait icra qurumunun depozit hesabına köçürülür. Borclu hüquqi şəxsin banklarda ve ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə habelə pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görür.(https://naxcivanxeberleri.com/bloq/pul-vesaitlerine-yoneldilmesi-nece-heyata-kecirilir-5195)
Amin Məmmədzadə
Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas