Sual: Nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması məsuliyyətə səbəb olurmu?
Cavab: Nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanı atmış şəxslər qırx manat məbləğində cərimə edilir.(https://naxcivanxeberleri.com/bloq/neqliyyat-vasitelerinden-bayira-her-hansi-esyanin-atilmasi-mesuliyyete-sebeb-olurmuhuquq-mesleheti-5127)
Nəriman Vəliyev
Babək rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas