Yardım xidmətlərini çağırmış şəxsləri nə gözləyir

Sual: Bilə-bilə yalandan polis orqanlarını və ya təcili yardım xidmətlərini çağırmış şəxsləri nə gözləyir?

Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən bilə-bilə yalandan polis orqanlarını və ya təcili yardım xidmətlərini çağırılması inzibati məsuliyyətə səbəbolur. Həmin inzibati xətanı törətmiş şəxslər yüz manat məbləğində cərimə edilir. Əlavə olaraq qeyd edim ki, yanğından mühafizə və digər ixtisaslaşdırılmış xidmətləri çağırmış şəxslər barəsində də yüz manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilir.(https://naxcivanxeberleri.com/bloq/yardim-xidmetlerini-cagirmis-sexsleri-ne-gozleyirhuquq-mesleheti-5105)

 

 

 

 

 

 

 

Nəriman Vəliyev

Babək rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas