Sərxoş etmə hansı məsuliyyətə səbəb olur

Sual: 18 yaşı tamam olmamış şəxsi sərxoş etmə hansı məsuliyyətə səbəb olur?

Cavab: 18 yaşı tamam olmamış şəxsin, yəni yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsi inzibati məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 522-ci maddəsinə əsasən qeyd edilən inzibati xətanı törətmiş şəxslər altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.(https://naxcivanxeberleri.com/bloq/serxos-etme-hansi-mesuliyyete-sebeb-olurhuquq-mesleheti-5090)

 

 

 

 

 

 

 

Nəriman Vəliyev

Babək rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas