Həyat yoldaşım aliment ödəmirsə?

Sual: Həyat yoldaşım aliment ödənilməsi ilə bağlı məhkəmə qərarı olsa da, alimenti ödəmir, bu məsələnin qanunla necə tənzimləndiyini bilmək istəyərdim, həyat yoldaşım barəsində hansı tədbirlər həyata keçirilə bilər?

Cavab: Həyat yoldaşınızın aliment öhdəliyini yerinə yetirməməsi məhkəmə qərarının icra edilməməsidir, bu isə onun üçün inzibati və cinayət məsuliiyəti yaradır. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə görə məhkəmə qərarının icra edilməməsi 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə 1 (bir) ayadək müddətə inzibati həbs tətbiq olunur. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarını (qətnaməsini) qərəzli olaraq icra etməmə və həmin aktların icrasına maneçilik törətmə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məsuliyyətə cəlb etmə heç bir halda alimentin ödənilməsi öhdəliyini aradan qaldırmır. Ailə Məcəlləsinin 64.0.2-ci maddəsinə əsasən aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi şəxsin valideyinlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər.(https://naxcivanxeberleri.com/bloq/heyat-yoldasim-aliment-odemirse-huquq-mesleheti-4265)

 

Culfa rayon prokurorluğunun 

böyük müstəntiqi vəzifəsi üzrə stajoru

Tural Tarverdiyev