Bu halda qocalanda mənə yaşa görə əmək pensiyası düşəcəkmi?

Sual: Mən hal-hazırda yaşlı atamın qulluğunda durmağım səbəbindən işləyə bilmirəm. Bu halda qocalanda mənə yaşa görə əmək pensiyası düşəcəkmi?

Cavab: Bəli, müəyyən tələblər yerinə yetirilərsə, yaşa görə əmək pensiyası ala bilərsiniz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Yəni əgər sizin atanızın 70 yaşı tamam olmuşdursa, ona qulluq etdiyiniz bütün dövr sığorta stajınıza hesablanır. Onu da qeyd edim ki, şəxsin yaşa görə əmək pensiyası almaq üçün ən az 40320 manat pensiya kapitalı olmalı və ya azı 25 il sığorta stajına malik olmalıdır.(https://naxcivanxeberleri.com/bloq/bu-halda-qocalanda-mene-yasa-gore-emek-pensiyasi-dusecekmihuquq-mesleheti-4304)

 

Culfa rayon prokurorluğunun köməkçisi 

III dərəcəli hüquqşünas

Heydər İbrahimli