Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Ordubad şəhər internat məktəbinin şagirdlərini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Prokurorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin davamı olaraq oktyabrın 26-da bir qrup prokurorluq əməkdaşı Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinin şagirdlərini ziyarət edərək onlara hədiyyələr təqdim ediblər.
Məktəbdə təhsil alan 54 şagirdə geyim dəstləri,məktəb ləvazimatları və ərzaq məhsulları hədiyyə ediblər.
Sonda şagirdlərlə xatirə şəkli çəkdirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
Mətbuat Xidməti