Pause

Mart ayının 3-də Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalının (İHSAP) internet üzərindən videokonfrans əlaqə sistemi vasitəsilə təqdimatı keçirilmişdir.

Təqdimatı həyata keçirən Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini Günay Əyyubova tərəfindən iştirakçılara Proqramın mahiyyəti, imkanları və istifadə qaydaları barədə ətraflı məlumat verilmişdir.

Xüsusi vurğulanmışdır ki, prokurorluq orqanlarında insan hüquq və əsas azadlıqlarının müdafiəsi üzrə beynəlxalq standartların təşviqi çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin dərindən öyrənilməsi, hüquq tətbiqetmə prosesində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsindən hüquqi prinsiplərə, göstərişlərə və mövqelərə (standartlara) istinad olunması praktikasının genişləndirilməsi və bu sahədə prokurorluq işçilərinin nəzəri biliklərinin daha da artırılması üçün beynəlxalq və milli hüquqi, elmi, metodik, informativ sənədlərin vahid məcmusunu təşkil edən elektron bazanın təminatı vacib amillərdəndir.

Bu məqsədlə, prokurorluq işçiləri tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, insan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr və onlarla əlaqəli olan beynəlxalq hüquqi sənədlər, elmi-metodiki, informativ ədəbiyyatlar, hüquqtətbiqetmə prosesində tövsiyələr və digər beynəlxalq təcrübə, nəzəri məsələlər üzrə faydalı məlumatların asanlıqla əldə edilməsi və təcrübədə tətbiqi üçün Baş Prokurorluqda İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı (İHSAP) yaradılmışdır.

Sistem istifadəçiyə istənilən yerdə internet üzərindən müvafiq şifrə ilə domenə daxil olmaqla lazımı sənəd və ya informasiyanı əldə etmə imkanını verir. Sistemə daxil olduqdan sonra bazasında bütün materialların elektron formatları ilə tanış olmaqla yanaşı onları köçürmək və ya yükləmək imkanı vardır. “İHSAP” Axtarış Portalına keçid xüsusi link vasitəsilə mümkündür. http://ihsap.prosecutor.az . Eyni zamanda, Baş Prokurorluğun rəsmi internet səhifəsində verilmiş keçid ilə də Portala daxil olmaq olar. https://genprosecutor.gov.az/az/page/kecidler/ihsap .

Təqdimat zamanı “İHSAP” Axtarış Portalının bütün bölmələri barədə məlumat verilmiş, əyani nümayış etdirilməklə proqram təminatının funksiyalarından istifadə qaydaları izah edilmişdir.

 

 

 

Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi

Əbədiyyət | Eternity | Вечность

Xəbərlər

Pause

Naxçıvan Muxtar Respublikası | Nakhchivan Autonomous Republic | Нахчыванская Автономная Республика

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 121.jpg
  • 122.jpg

Nəşrlər