Pause

2023-cü ilin gəlişi minlərlə muxtar respublika sakininin böyük coşğusu ilə qeyd edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bayram şənliyinə gəlib, sakinlərlə görüşüb, səmimi təbriklərini çatdırıb.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb. Fuad Nəcəfli sakinlərlə birlikdə ölkə başçısının xalqa müraciətini izləyib.

Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.

Gecənin sonunda jurnalistlərə qısa müsahibə verən səlahiyyətli nümayəndə Fuad Nəcəfli Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində 2023-cü il üçün bütün planları açıqladığını diqqətə çatdıraraq gələcək fəaliyyətin ölkə başçısının təyin etdiyi istiqamətlər üzrə davam etdiriləcəyini bildirib.

 

Əbədiyyət | Eternity | Вечность

Xəbərlər

Pause

Naxçıvan Muxtar Respublikası | Nakhchivan Autonomous Republic | Нахчыванская Автономная Республика

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 121.jpg
  • 122.jpg

Nəşrlər