Pause

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda semanir keçirilib

Mart ayının 13-də Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyi əməkdaşları üçün “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda semanir keçirilib.      Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılğı ilə keçirilən seminarı Prokurorluğun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov açaraq bildirib ki, haqqında bəhs ediləcək mövzu bu gün ətrafımızda baş verən və ya baş verə biləcək fəlakətləri, eləcə də insan əməlinin nəticəsində yarana biləcək hadisələrə əhatə etməkdədir. Hər iki halda qanunvericilikdə davranış qaydaları nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Elşad İbrahimov yanğın təhlükəsizliyi qaydalarının pozulmasının yaratdığı cinayət məsuliyyəti haqqında danışaraq qeyd edib ki, üzərinə yanğın təhlükəsziliyi  qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda, həmçinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti yaradır.

Çıxışda bu cür hadisələrin başvermə səbəblərini müəyyənləşdirmək üçün görülməli zəruri tədbirlər haqqında məlumat verilib. Həmçinin yanğın hadisələri baş verərkən Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi düzgün təşkil olunmalı, hadisə  şahidlərinin dairəsi vaxtında və tam müəyyən edilməklə hadisənin qəsd və ya ehtiyatsızlıqdan törədilməsinin müəyyən olunması üçün operativlik təmin olunmalıdır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Anar Məmmədov çıxışında Fövqəladə Hallar Nazirliyininməsul əməkdaşları tərəfindən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə düzgün əməl edilməsinin vacibliyini vurğulayaraq inzibati xətanın əlamətləri aşkar olunarsa, bu barədə inzibati protokol tərtib edilməsi ilə bağlı geniş məluma verib.

Vurğulanıb ki, yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı müvafiq prokurora bildirilir. Həmin iş üzrə prokurorun iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və vaxtı ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğu

Əbədiyyət | Eternity | Вечность

Xəbərlər

Pause

Naxçıvan Muxtar Respublikası | Nakhchivan Autonomous Republic | Нахчыванская Автономная Республика

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 121.jpg
  • 122.jpg

Nəşrlər