Naxçıvan şəhər prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Qaraxanbəyli kəndində keçirilən görüşdə Naxçıvan şəhər prokurorunun köməkçisi Aygül Əsədova valideynlərin hüquq və vəzifələri, valideyinlik məsuliyyəti badərə məlumat verərə bildirib ki, beynəlxalq hüquq normalarında, o cümlədən ölkəmizin ailə qanunvericiliyində valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə mailk olması təsbit olunub. Həmçinin, ölkə Konstitusiyasının 17-ci maddəsində göstərilib ki, uşaq qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlər öz hüquqlarını qanunla müəyyən olunan qaydada və istənilən şəraitdə uşaqlarının mənafelərinə uyğun şəkildə həyata keçirməlidirlər. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Bu, valideynlərin uşaqları ilə bağlı hüquq və vəzifələrinin bərəbarəliyi prinsipindən irəli gəlir. Həmin məsələlər uşağın mənafeləri və onun rəyi nəzərə alınmaqla həll edilməlidir.

Şəhər prokurorunun köməkçisi İbrahim Hüseynov isə  bildirib ki,  torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bilməlidirlər ki, onlar torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, torpaqların istehsalat və məişət tullantıları, habelə çirkab suları ilə çirkləndirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi, torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi kimi hərəkətlərin törədilməsində qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Görüş  zamanı verilən suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi