Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğundа Хоcаlı sоyqırımı qurbаnlаrının хаtirəsinə həsr оlunan tədbir keçirilib

Fеvrаl ayının 25-də Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğundа Хоcаlı sоyqırımı qurbаnlаrının хаtirəsinə həsr оlunan tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, Xocalı soyqırımı ermənilərin xəstə təfəkküründən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri siyasətin ən qanlı səhifələrindən biridir. Tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədən ermənilər XX əsrin sonlarında bəşəriyyət  üçün növbəti tarixi cinayəti - Xocalı soyqırımı aktını həyata keçirdilər.

Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti bir mərhələsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onlar Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutdular. Hadisələrin gedişatını bir qədər aydın izləsək görərik ki, Xocalının işğalı xüsusi plan əsasında həyata keçirilib.

Qeyd olunub ki, erməni cəlladlarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət vermək yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi qəbul olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosidi) günü haqqında" xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi.

Xocalıda baş verən soyqırımı ilə əlaqədar beynəlxalq konvensiyaların müddəalarında cinаyət kimi qəbul еdilsə də təəssüflər olsun ki, dünya ictimaiyyəti bu faciəyə siyasi fə bеynəlхаlq cinаyət nöqtеyi nəzərdən qiymət verməkdən hələ də çəkinir. Ermənilərin törətdiyi müdhiş cinayətin xarakteri və miqyası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş müddəаlаrа tam uyğundur. Yеri gəlmişkən qеyd еtmək lаzımdır ki, аrtıq bir nеçə ölkə Хоcаlı fаciəsini sоyqırım аktı kimi tаnımış, bir çох ölkələrin pаrlаmеntlərində bu fаciəyə münаsibət bildirib.     

Azərbaycan Rеspublikаsının Prezidenti cənаb İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə demişdir: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".

Qeyd olunub ki, Xocalı faciəsinin 28-ci ildönümündə faciə qurbanlarının xatirəsi dünyanın müxtəlif ölkələrində də ehtiramla anılır. Son illərdə faciə və onun qurbanlarının anıldığı ölkələrin, şəhərlərin coğrafi dairəsi daha da genişlənir. Məqsədyönlü və ardıcıl təbliğat kampaniyasının nəticəsidir ki, getdikcə dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında daha çox informasiyalara malik olur, əsl həqiqətlərin nədən ibarət olduğunu anlayır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlər Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" toplusunda da yer alıb. İngilis, fransız, rus, alman və sair dillərdə çap olunaraq dünyаnın bir çox dövlətlərində yayılan toplu bu məqsədlə həyata keçirilən layihələr sırasında xüsusi əhəmiyyətə malikdir. Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı "Xocalıya ədalət" kampaniyası çərçivəsində hər il keçirilən tədbirlər olduqca təqdirəlayiqdir.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi