Kəngərli rayon prokurorluğunda “Prokurorluğun normativ hüquqi aktları” informasiya sistemindən istifadə qaydaları ilə bağlı tədbir keçirilib

Noyabr ayının 26-da Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsnin təşkilatçılığı ilə Kəngərli rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə Şərur rayon prokurorluğunda Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan və xüsusi proqram təminatı ilə idarə olunan “Prokurorluğun normativ hüquqi aktları” informasiya sistemindən istifadə qaydaları ilə bağlı tədbir keçirilib.

Qeyd olununb ki, baza 2001-dən indiyədək qəbul edilən, dəyişdirilən və ya ləğv edilən müxtəlif növ (əmr, sərəncam, göstəriş, qayda, əsasnamə, təlimat, reqlament və digər növlü) hüquqi normativ aktın, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi plenum qərarının mətnindən ibarətdir. Aktların mətninin dəqiqliyini təmin etmək üçün hər bir aktın kağız formatlı mətni əsasında onun elektron formatı hazırlanıb, sonrakı müddətdə bu akta edilən dəyişikliklər mətnə “haşiyə” formasında əlavə edilib, bu yolla hasil edilən məlumatlar ilkin və ilkin aktı dəyişən aktların əlaqələri izlənməklə yenidən yoxlanıb, nəhayət sənədlərin üzərində korrektə işi aparılıb.

Proqram təminatı Elm-Tədris Mərkəzinin “İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru”nun mütəxəssisləri tərəfindən hazırlanıb. Proqram bazanın yüksək istehlak göstəricilərini (axtarış, təhlil və s.) təmin etməklə yanaşı bazanın internet şəbəkəsi üzərindən operativ qaydada yenilənməsi imkanı yarıdır.

Sistem informasiya təhlükəsizliyini təmin edir. İnformasiya sistemindən yalnəz prokurorluq işçiləri üçün nəzərdə tutulub. İstehlakçıların sayı xüsusi “açar”la (rəqəmsal formatda) məhdudlaşdırılır. Məlumat bazasına buraxılış əldə etmək üçün hər bir istehlakçıya administrator təfindən fərdi “açar” (parol) verilir. Parol proqram ilk dəfə aktivləşdirdikdə təqdim edilir. Bazada aparılan yenilənmələr barədə məlumat hər bir istehlakçıya internet üzərindən avtomatik qaydada çatdırılır. İstehlakçı yenilənmələrin diskə yüklənməsi barədə sorğuya razılıq verdiyi halda bu, yenə də avtomatik şəkildə baş verir. Diskdəki məlumatları fərdi kompüterlərə yükləmək və avtonom qaydada istifadə etmək də mümkündür.

“Azərbaycan Respublikası Baş Prokurorluğunun normativ hüquqi aktları” məlumat bazası Elm-Tədris Mərkəzi tərəfindən idarə olunur, ona görə də bazadan istifadə ilə bağlı ortaya çıxan suallarla bağlı Mərkəzin internet səhifəsi (www.etmprok.az) və ya elektron poçt (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) ünvanları vasitəsi ilə müraciət etmək olar.

Qeyd olundu ki, sistem prokurorluq əməkdaşları tərəfindən prokurorluğun normativ aktlarından,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi plenum qərarınından istifadəsini və prokurorluq orqanlarında qanunvericiliyin sistemləşdirilməsinin aparılmasını daha da yaxşılaşdıracaqdır.

Sonda suallar cavablandırıldı və sistemə həmçinin Azərbaycan Respublikasının cinayət işlərinə dair hüquqi yardım sahəsində ikitərəfli beynəlxalq müqavilələrin də əlavə edilməsi fikri səsləndirildi.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi