GƏLƏCƏYİN HÜQUQŞÜNASLARI NAXÇIVAN ŞƏHƏR PROKURORLUĞUNDA OLUBLAR

Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilmiş Hüquqşunaslıq ixtisası üzrə birinci kurs tələbələri Naxçıvan Şəhər Prokurorluğunda olublar.

Tələbələr əvvəlcə Naxçıvan Şəhər Prokurorluğunun kitabxanası ilə tanış olublar.

Sonra Naxçıvan şəhər prokuroru, baş ədliyyə müşaviri Elsevər Quliyev ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, prokurorluğun fəaliyyət istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında tələbələrə məlumat verib.

Daha sonra Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi, II dərəcəli hüquqşünas Abdulla Quliyev cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri və onların sənədləşdirilməsi qaydaları haqqında tələbələri məlumatlandırıb. Tələbələr dindirməyə hazırlıq və onun keçirilməsinin taktikiüsulları, kriminalistik araşdırmanın ümumi müddəaları barədə də məlumat alıblar.

Tələbələr qanunvericilik bazası və qanunvericiliyin sistemləşdirilməsi işi ilə də tanış olublar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminat və informasiya şöbəsi