Ordubad rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Ordubad rayon prokurorluğunun təşkilatçılığı ilə Ordubad rayonu Dəstə kənd tam orta məktəbdə məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ordubad rayon prokuroru köməkçisi I dərəcəli hüquqşünas Zamin Nəzərəliyev “Vətəni müdafiə hər bir vətəndaşın borcudur” mövzusunda, Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Murtuz Babasoy “Uşaq hüquqlarının qorunması dövlətimizin əsas vəzifəsidir” mövzusunda çıxış edərək bildiriblər ki, hərbi xidmət isə dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir;

Qаnundа аçıqlаndığı кimi, çağırışçılar dеdiкdə – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; hərbi qulluqçular dеdiкdə – həqiqi hərbi xidmətdə olan şəxslər; hərbi vəzifəlilər dеdiкdə – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları; hərbi vəzifəli olmayanlar – hərbi qeydiyyata götürülməli olmayan və ya hərbi uçotdan çıxarılmış, o cümlədən istefaya buraxılmış Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərınə cavab verən Azərbaycan Respublıka-sının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar:

- müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları;

- zabitlərin həqiqi hərbi xidmətınə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər.

Tədbirdə daha sonra qeyd edilib ki, bu günün məktəblisi sabahın əsgəridir. Doğma Vətənimizin müdafiəsinin şərəf və şöhrəti Azərbaycan əsgərinin payına düşür. Əmin ola bilərik ki, Azərbaycanın işğal olunmuş əraziləri məhz şanlı əsgərlərimiz tərəfindən azad olunacaq, Azərbaycan dünya miqyasında daha da güclü və məçlubedilməz olacaqdır.

Tədbirin sonunda şagirdləri və müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətirilərək verilən suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi