Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Milli Qurtuluş Gününə hərs olunmuş tədbir keçirilib

İyun ayının 13-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Milli Qurtuluş Gününün 26 illiyi münasibəti ilə  təbdir keçirilib.

Tədbirdə qeyd olunub ki, Azərbaycanın müasir tarixinin 35 ildən artıq mərhələsi müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətciliyimizin müasir tarixinə öz adını əbədi həkk etmiş dahi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Hər bir xalqın minilliklər boyu formalaşmış dövlətcilik ənənələrinin praktik şəkildə gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradənin olması mühüm şərtdir. Ancaq mənən güclü, xalqına bağlı, vətənpərvər liderə malik olmayan xalqın mustəqillik, azadlıq ideallarına qovuşması da mümkün deyil.

1991-1993-cü illərdə ölkəmizdəki anarxiya və xaotik proseslər təsdiq edirdi ki, yalnız Heydər Əliyev kimi qətiyyətli, iradəli siyasi lider Azərbaycanı bu bəlalardan xilas edə, yenicə əldə edilən müstəqilliyimizi yaşada bilər. Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq, ağır sosial-iqtisadi gərginliyin son həddə çatdığı, ölkənin vətəndaş müharibəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın itirildiyi, Azərbaycanın məhv olmaq ərəfəsində olduğu bir dövrdə xalqımızın ulu öndər Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki hamı yaxşı anlayırdı ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən yalnız ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ulu öndər o dövrün Azərbaycanını belə xarakterizə edirdi:

“1993-cü iliniyunayındaAzərbaycandaböyükdövlətböhranı yarandı. Azərbaycandağılmağabaşladı, ovaxtkı iqtidarölkəni idarə edə bilmədi. Gəncədə toqquşmabaş verdi, qantöküldü. Gəncədə başlayanhərəkatAzərbaycanərazisinin, deməkolarki, yarıdançoxundahakimiyyəti özəlinə aldı. Vaxtilə məni təqibedən, Naxçıvandaməni devirmək, məni Azərbaycandansıxışdırıbçıxarmaqistəyənovaxtkı iqtidarbelə birzamandaəlacsızqaldı və mənə müractetdi. Ancaqondanəvvəlmənə müractedənlərbizimpartiyanınüzvləri, Azərbaycanınmüxtəliftəbəqələrininnümayəndələri, ziyalıları oldu. Onlarməni yenidənBakıyadəvətetdilər”. Vətənin dar günü idi. Xalq çıxılmaz vəziyyətə düşmüşdü. İnsanlar üzünü görkəmli dövlət xadimi Heydər Əliyevə tutub nicatımızın yalnız onunla bağlı olduğunu bildirirdilər. Getdikcə bu axın güclənir və iri bir hərəkata çevrilirdi.

1993-cü il iyun ayının 9-da xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin Bakıya qayıdışı respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı. Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı və Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyulmuşdur. İyunun 15-i müstəqillik tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olub.

Qeyd olunub ki, 1993-cü ilin iyun ayını Azərbaycanın dövlətçiliyi tarixində dönüş nöqtəsi kimi xarakterizə etmək olar. Belə bir vaxtda xalqın tələbi, o vaxt hakimiyyətdə olanların xahişi ilə Bakıya gələn ulu öndər Heydər Əliyev respublikanı düşdüyü iflic vəziyyətdən, məhv olma təhlükəsindən xilas etmişdir. Ulu öndər haqlı olaraq deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhvolma təhlükəsindən qurtulmuş, Milli Ordu yaradılmış, atəşkəs elan olunmuş, ölkəmiz sürətli inkişaf yoluna çıxmışdır. Xalqımızın azad, suveren və müstəqil dövlət yaratmaq arzusu həqiqətə çevrilmişdir. Azərbaycana ikinci rəhbərliyi dövründə ümummilli liderimiz əsrlərə sığmayan, dünya durduqca dəyərini itirməyən nəhəng və son dərəcə böyük işlər gördü. Hələ bu tarixi və şərəfli mərhələnin başlanğıcında ulu öndər öz məramını, məqsədini bütün ölkəyə və dünyaya bəyan etdi: “Mənim həyatım və fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur”.

Bütün bunların müqabilində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, haqq səsinin dünyaya çatdırılması, xaricdə yaşayan azərbaycanlılarla davamlı əlaqələrin qurulması istiqamətində də möhtəşəm tədbirlər həyata keçirilmişdir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamısi kimi hələ sağlığında xalqın qəlbində əbədiləşib. Bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğur qazanılır, vətənimiz gündən-günə inkişaf edir. Böyük sürətlə inkişaf еdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız bu böyük tərəqqinin daha geniş və parlaq müşahidə olunduğu məkandır. Blokada şəraitində olsa da, Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Bütün bunlar zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsidir.

Heydər Əliyev şəxsiyyəti olmasaydı, bu gün nə muxtar respublika statusundan, nə də bu qədim diyarın inkişafından sohbət gedə bilərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “...Xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.

Sonda əminliklə ifadə olunub ki, prоkurоrluq işçiləri оlaraq biz də Milli Qurtuluşun Azərbaycan хalqına bəхş еtdiyi sabitliyi, inkişafı, tərəqqini, azadlığı və ən nəhayət dövlət müstəqilliyini hər cür qəsdlərdən qоrumağa bоrcluyuq.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi