Culfa Prokurorluğunun təşkilatçılığı ilə tədbir keçirilib

Rayon İcra Hakimiyyəti və Prokurorluğu may ayının 13-də Culfa şəhər körpələr evi-uşaq bağçasında "Uşaqhüquqlarının qorunması" mövzusunda seminar keçirmişlər. Tədbiri rayon İcra Hakimiyyəti Hüquq Şöbəsinin müdiri Elmar Həsənov açaraq seminarın mahiyyəti barədə iştirakçılara məlumat vermişdir. Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elçin Məmmədəliyev ölkəmizdə, o cümlədən muxtar respublikada uşaq hüquqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır.

Rayon Prokurorluğunun müstəntiqi İbrahim Hüseynov uşaq hüquqları ilə bağlı qanunvericilik tədbirləri mövzusunda çıxış etmişdir.

Bildirilib ki, xalqımızın gələcəyinin təminatçısı olan uşaqlarla aparılan işin əsas prinsiplərinin ənənəvi dəyərlərimiz üzərində qurulması, çatışmazlıqların operativ şəkildə həlli, hər bir uşağa nəzarətin mütərəqqi üsullarla həyata keçirilməsi muxtar respublikada mövcud vəziyyətin, əmin-amanlığın, stabil inkişafın qarşıdakı dövrdə də davam edəcəyinə əminlik yaradır.

Muxtar respublikada bu günədək həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlarla bağlı qarşıya qoyulan vəzifələr bundan sonra da uğurla yerinə yetiriləcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: "Əgər xalqımızın,dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim tərbiyəsi ilə ciddi məşğul olmalıyıq."

Sonra suallar cavablandırıldı.

  

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi