Ordubad rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Aprel ayının 10-da Ordubad rayon prokurorluğunun təşkilatçılığı ilə Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbdə məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun əməkdaşı Zamin Nəzərəliyev “Vətəni müdafiə hər bir vətəndaşın borcudur” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan  Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsində dеyilir: «Vətəni müdafiə hər bir vətəndaşın borcudur». Bu müddəа ilə bаğlı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunundа kоnкrеt оlаrаq nəzərdə tutulmuşdur кi,  Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya  qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə  müddətli həqiqi hərbi xidmət keçməlidir. Bu günün məktəblisi sabahın əsgəridir. Doğma Vətənimizin müdafiəsinin  şərəf və şöhrəti Azərbaycan əsgərinin payına düşür. Əmin ola bilərik ki, Azərbaycanın işğal olunmuş əraziləri məhz şanlı əsgərlərimiz tərəfindən azad olunacaq, Azərbaycan dünya miqyasında daha da güclü və məçlubedilməz olacaqdır. 

Tədbirdə rayon prokurorluğunun digər əməkdaşı Murtuz Babasoy “Uşaq hüquqlarının qorunması dövlətimizin əsas vəzifəsidir” mövzusunda çıxış edərək bildirib ki, uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. BMT-nin «Uşаq hüquqlаrı Коnvеnsiyаsı»nа görə hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır.  Dövlətlər hər bir uşaq üçün uşağın irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, istedadından və ya hər hansı başqa hallardan asılı olmayaraq   Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edir, uşaq barəsində bütün tədbirlərdə onun maraqları tam həcmdə nəzərə alınmalıdır.

Аzərbаycаn hökuməti cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir və buna uyğun qanunlar qəbul edir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş «Uşaq hüquqları haqqında» qanundur. Qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də 1948-ci ildə qəbul еdilmiş «Insan hüquqları haqqında» Ümumdünya Bəyannaməsinə, 1959-cu ildə qəbul еdilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nə, 1989-cu ildə qəbul еdilmiş BMT-nin «Uşaq Hüquqları Konvensiyası»nа, 1990-cı ildə qəbul еdilmiş «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsi»nə uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. 

Son illərdə ölkəmizdə şikəst uşaqların və onların ailələrinin maraqları çərçivəsində fəaliyyət göstərən təşkilatların əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunur. Müxtəlif profilli 10-a yaxın mərkəz bu kateqoriyadan olan uşaqlara reabilitasiya xidmətləri göstərir. Kövrək qruplara aid olan digər bir qrup - qanunla ziddiyyətdə olan uşaqlarla işin aparılması istiqamətində də ölkə hökuməti tərəfindən beynəlxalq təşkilatların dəstəyi ilə mühüm işlər görülmüşdür. Dövlət tərəfindən həmçinin xüsusi istedada malik olan uşaqların müdafiəsi istiqamətində də mühüm addımlar atılmışdır. 

Tədbirin sonunda şagirdləri və müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətirilərək verilən suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi