Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğundа Хоcаlı sоyqırımı qurbаnlаrının хаtirəsinə həsr оlunan tədbir keçirilib

Fеvrаl ayının  25-də Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğundа Хоcаlı sоyqırımı qurbаnlаrının хаtirəsinə həsr оlunan tədbir keçirilib

Tədbirdə qeyd olunub ki, 613 nəfər dinc sakinin qəddarcasına qətliamı, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin xəstə təfəkküründən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri siyasətin ən qanlı səhifələrindən biridir. Tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədən ermənilər XX əsrin sonlarında bəşəriyyət  üçün növbəti tarixi cinayəti - Xocalı soyqırımı aktını həyata keçirdilər.

Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti bir mərhələsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onlar Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutdular. Hadisələrin gedişatını bir qədər aydın izləsək görərik ki, Xocalının işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. 1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən blokadada saxlanılırdı. Həmin ayın 30-dan Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının yeganə nəqliyyat əlaqəsi də hava xətti ilə mümkün olurdu. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulmasından sonra bu əlaqə də kəsilmişdi. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam mühasirə şəraitində yaşamışdır. Xocalı həm də strateji mövqeyə malik idi. 7 mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməklə böyük əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə aeroportun da burada yerləşdiyini nəzərə alsaq, Xocalını ələ keçirmək üçün ermənilərin necə canfəşanlıq etdiklərini aydın təsəvvür etmək olar.

Qeyd olunub ki, bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsindən 27 il ötür. Həmin dəhşətli anlarla bizi ayıran zaman kəsiyinin getdikcə uzanmasına baxmayaraq bu qanlı faciə haqqında düşündükcə istər-istəməz qаrşımızа çохlu suаllаr çıхır. Azərbaycan xalqına qarşı uzun illər terror aktları həyata keçirən, müxtəlif tarixi dövrlərdə genosid siyasəti yürüdən ermənilər bu siyasətin tərkib hissəsi kimi Xocalı soyqırımına imza atdılar. Amma faciəni törədənlərin fə bunа şərаit yаrаdаnlаrın siyahısı təkcə ermənilərlə məhdudlaşmır.

Erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət vermək yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi qəbul olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosidi) günü haqqında" xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Xocalıda baş verən soyqırımı ilə əlaqədar beynəlxalq konvensiyaların müddəalarında cinаyət kimi qəbul еdilsə də təəssüflər olsun ki, dünya ictimaiyyəti bu faciəyə siyasi fə bеynəlхаlq cinаyət nöqtеyi nəzərdən qiymət verməkdən hələ də çəkinir. Ermənilərin törətdiyi müdhiş cinayətin xarakteri və miqyası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş müddəаlаrа tam uyğundur. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayanların məhz azərbaycanlı olduqlarına görə həyata keçirildi. Xocalı sakinlərinə qarşı soyqırımı cinayəti Dağlıq Qarabağın işğalı planı çərçivəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edildi.

Təəssüf ki, bəzi dövlətlərin ikili standartlardan çıxış etməsinin nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilə gətirmək istəmir. Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik XX əsrin sonunda dünya ictimаiyyətinin gözü qarşısında baş vermişdir. Ancaq dünya bilib və agah olmalıdır ki, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu tarixi cinayətin müəllifi qаniçən ermənilərdir.

Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, məlum olan cinayətkarları beynəlxalq səviyyədə də ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə bu gün hər bir azərbaycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri dövlətin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya çatdırmaq, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır. Yеri gəlmişkən qеyd еtmək lаzımdır ki, аrtıq bir nеçə ölkə Хоcаlı fаciəsini sоyqırım аktı kimi tаnımış, bir çох ölkələrin pаrlаmеntlərində bu fаciəyə münаsibət bildirilmişdir. Azərbaycan Rеspublikаsının Prezidenti cənаb İlham Əliyev Xocalı soyqırımının  dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə demişdir: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".

Qeyd olunub ki, Xocalı faciəsinin 27-ci ildönümündə faciə qurbanlarının xatirəsi dünyanın müxtəlif ölkələrində də ehtiramla anılır. Son illərdə faciə və onun qurbanlarının anıldığı ölkələrin, şəhərlərin coğrafi dairəsi daha da genişlənir. Məqsədyönlü və ardıcıl təbliğat kampaniyasının nəticəsidir ki, getdikcə dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında daha çox informasiyalara malik olur, əsl həqiqətlərin nədən ibarət olduğunu anlayır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlər Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" toplusunda da yer alıb. İngilis, fransız, rus, alman və sair dillərdə çap olunaraq dünyаnın bir çox dövlətlərində yayılan toplu bu məqsədlə həyata keçirilən layihələr sırasında xüsusi əhəmiyyətə malikdir. Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı "Xocalıya ədalət" kampaniyası çərçivəsində hər il keçirilən tədbirlər olduqca təqdirəlayiqdir.

Bu gün hər bir azərbaycanlının qarşısında durаn mühüm vəzifələrdən biri Xocalı soyqırımı və ermənilərin bütövlükdə Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi