Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Ədəbiyyat Müzeyində olublar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları yanvar ayının 

26-da C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat 

Muzeyində olublar

Müzeylə tanışlıq zamanı qeyd olunub ki, Muzey 1966-cı ildə yaradılıb.  18 min 674 eksponatı var. Fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və  təsviri sənət nümunələri, qədim və  müasir kitablar, qəzet və  jurnallar, xatirə əşyaları və  digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilib.

Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və  heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər – afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də  vardır. Muzeyin Şərur rayonunda Cəlilkənd filialı fəaliyyət göstərir. Burada görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəyə aid sənəd, fotomateriallar və şəxsi əşyalar nümayiş etdirilir.

Sonda müzey ziyarətçilərini maraqlandıran suallar cavablandırıldı.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi