Culfa rayon prokurorluğu tərəfindən maarifnəldirici tədbri keçirilib

Yanvar ayının 23-də Culfa rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə Ərəzin kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun böyük müstəntiqi Afət Kərimli “Uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırmaya görə məsuliyyətin əsasları” ilə bağlı çıxış edərək bildirib ki, ailə təkcə hər bir insanın deyil, eləcə də cəmiyyətin inkişafına, onun əxlaqi sağlamlığına təsir göstərir və insanların sosial aktivliyini  artıran faktorlardan biridir. Ona görə də cəmiyyətimiz möhkəm və sağlam ailənin yaranmasında maraqlıdır. Möhkəm ailə-möhkəm cəmiyyət deməkdir. İnsan xarakterinin əsası, onun əməyə, mənəvi və mədəni irsə münasibəti ilk növbədə ailədə yaranır. Böyüməkdə olan nəsli tərbiyələndirmək, onun fiziki və mənəvi qüvvələrini inkişaf etdirmək ailənin ən mühüm vəzifəsidir. Dövlət və cəmiyyət uşaqların tərbiyəsində ailəyə hərtərəfli kömək edir, uşaq baxçaları, körpələr evləri, internat məktəbləri və digər uşaq tərbiyə ocaqları şəbəkəsi genişləndirilir. Aztəminatlı ailələrə müavinətlər verilir.  Ölkə Konstitusiyasında təsbit olunduğu kimi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyenlərin həm də borcudur. Ailə Məcəlləsinin 29.4-cü maddəsində ər-arvadın üzərinə ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmaq, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərmək, övladlarının inkişafı üçün əlverişli şərait yaratmaq və onların sağlamlığına qeydinə qalmaq vəzifəsi qoyulub. Daha sonra natiq uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırmaya görə məsuliyyətin əsasları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor İbrahim Hüseynov isə uşaq hüquqlarının qorunması ilə bağlı qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixdə “Uşaq hüquqları haqqında” Konvensiya qəbul edilib. Həmin Konvensiyanın qəbul edilməsinin 29-cu ildönümü ilə əlaqədar respublikamızda 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” keçirilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın iştirakçısı olan dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan edilən prinsiplərə uyğun olaraq, cəmiyyətin bütün üzvlərinin ləyaqətinin, bərabər və ayrılmaz hüquqlarının tanınmasının yer üzündə azadlığın, ədalətin və sülhün təmin edilməsinin əsası hesab edərək, uşaqların xüsusi qayğıya və köməyə hüququ olduğunu əsas götürərək, cəmiyyətin əsas özəyi və ailənin bütün üzvlərinin, xüsusən uşaqların inkişafı və rifahı üçün əsas təbii mühit kimi ailənin cəmiyyət çərçivəsində vəzifələrini tam həcmdə öz üzərinə götürə bilməsi üçün onun müdafiə edilməsinin və dəstəklənməsinin zəruriliyini, uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, səadət, məhəbbət və anlaşma şəraitində böyüməsinin, sülh, ləyaqət, dözümlük, azadlıq, bərabərlik və həmrəylik ruhunda tərbiyələnməli olmasını nəzərə alaraq, hər bir ölkədə, xüsusən inkişaf etməkdə olan ölkələrdə uşaqların həyat şəraitini yaxşılaşdırmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini təsdiq edən Konvensiya qəbul edilib.

Sonda məktəbliləri maraqlandıran suallar rayon prokurorluğunun əməkdaşları tərəfindən cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi