Sədərək rayon prokurorluğunda maarifləndirmə tədbiri keçirilib

 Yanvar ayının 12-də Sədərək rayon prokurorluğunun təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində “Qadınların əmək hüququ və onun həyata keçirlməsində təminatlar” adlı tədbir keçirilib.

Tədbirdə Rayon prokurorluğunun müstəntiqi Elvin Zeynalov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında dövlətlə cəmiyyət arasında bağlanmış ictimai müqavilə olan və ölkədəki bütün qanunların ən alis olan Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində yazılır ki, əmək fərdi rifahın və ictimai rifahın əsasıdır. Bu o deməkdir ki, hər bir vətəndaş, insan əmək fəaliyyəti ilə həm özünün, həm də toplu olaraq cəmiyyətin yararına çalışır. Bəs ölkədəki əmək münasibətləri hansı qanunvericili aktı ilə tənzimlənir? Azərbaycan Respublikasında qüvvədə olan Əmək Məcəlləsi vardır. Həmin məcəllədə bütün əmək münasibətlərinə dair hüquqi mənada çox geniş sahəni nizamlayır.

Bildiyimiz kimi, bizim ölkəmizdə cinsindən və ya yaşından asılı olmayaraq müxtəlif sahələrdə istər özəl sektorda, istərsə də dövlət idarə və təşkilatlarında bir çox insan çalışır. Bu işçilərin hüquqları vəvəzifələri ümumi əsaslarla öncəliklə Əmək Məcəlləsi ilə müəyyən edilir. Bizim ölkədə çalışan qadınlar hansı sahədə işləməsindən asılı olmayaraq kişi cinsli işçilərlə qanunla eyni hüquq və vəzifələrə malikdir. Ancaq Əmək Məcəlləsində ayrıca bir fəsil var ki, orada qadınların əmək hüququna dair bəzi fərqli müddəalar yer almışdır.

Sonra Elvin Zeynalov hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması, hamilə və ya yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi, qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması, uşaqlarını anasız böyüdən işçilər üçün təminatlar haqqında ətraflı məlumat verdi.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi