TƏLƏBƏLƏRLƏ KEÇİRİLƏN GÖRÜŞLƏR YEKUNLAŞIB

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar 12 noyabr 2018-ci il tarixdən Naxçıvan Şəhər Prokurorluğunda təcrübədə olan Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələri ilə keçirilən görüşlər artıq yekunlaşıb.

 Naxçıvan Şəhər Prokurorluğunda olduqları müddətdə prokurorluğun fəaliyyət istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında tələbələrə ətraflı məlumat verilib. Tələbələr prorkurorluqdakı qanunvericilik bazası və qanunvericiliyin sistemləşdirilməsi işi ilə də yaxından tanış olublar.

  Bundan başqa, Naxçıvan şəhər prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Ramiq Əliyev cinayət təqibi üzrə icraatın  aparılması, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi və başqa məsələlər haqqında da tələbələri məlumatlandırıb.

 Təcrübə dövründə prokurorluq və qanunvericiliyin digər istiqamətləri ilə bağlı tələbələri maraqlandıran suallar da ətraflı cavablandırıb. Bununla da Naxçıvan Şəhər Prokurorluğunda tələbələrlə keçirilən görüşlər yekunlaşıb.

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminаt və infоrmаsiyа şöbəsi