Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Şərur rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

 

Dekabr ayının 21-də Şərur rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

“Vətəndaşların müraciətləri haqqında”  Azərbaycan Respublikasının Qanununun  tələblərinə uyğun olaraq, “Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməkdaşları tərəfindən 2018-ci ilin dekabr ayında vətəndaşların yaşayış yerləri üzrə qəbulunun keçirilməsinənə dair Cədvəl”ə əsasən dekabr ayının 21-də saat 10-00 dan 13-00-a dək Şərur şəhərində yerləşən Şərur rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi. Qəbulun keçirliməsi ilə bağlı rayon sakinləri əvvəlcədən məlumatlandırıldı.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi