Tələbələr Naxçıvan Şəhər Prokurorluğunda olublar

   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin Hüquqşunaslıq ixtisası üzrə dördüncü kurs tələbələri noyabr ayının 21-də Naxçıvan Şəhər Prokurorluğunda olublar.

      Tələbələr əvvəlcə Naxçıvan Şəhər Prokurorluğunun kitabxanası ilə tanış olublar.

   Sonra Naxçıvan şəhər prokuroru, baş ədliyyə müşaviri Elsevər Quliyev ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, prokurorluğun fəaliyyət istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında tələbələrə məlumat verib.

     Daha sonra Naxçıvan şəhər prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Abdulla Quliyev cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri və onların sənədləşdirilməsi qaydaları haqqında tələbələri məlumatlandırıb. Bundan əlavə, tələbələr dindirməyə hazırlıq və onun keçirilməsinin taktikiüsulları, kriminalistik araşdırmanın ümumi müddəaları barədə də məlumat alıblar. Tələbələr həmçinin qanunvericilik bazası və qanunvericiliyin sistemləşdirilməsi işi ilə də tanış olublar.

            Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

     Məlumat üçün onu da bildirək ki, Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən bu görüşlər dekabr ayının sonunadək davam edəcəkdir.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminat və informasiya şöbəsi