Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Babək rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

 

 Noyabr ayının 13-də Babək rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi.

  Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində   saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və   vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların   inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

 Bu gün hər bir vətəndaş əmin ola bilər ki, respublikadakı ictimai-siyasi sabitlik hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun əzmkar fəaliyyəti   nəticəsində ciddi şəkildə qorunur. Prоkurоrluq оrqаnlаrı insanlаrın hüquq və azadlıqlarının pozulması hallarına, cinayətkarlığa qarşı daim barışmaz və   qətiyyətli mövqe tutur, insan amili ilə bağlı olan hər bir məsələdə həssaslıq göstərməyə, üzərinə düşən bütün vəzifələri gerçəkləşdirməyə çalışırlar.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

“Vətəndaşların müraciətləri haqqında”  Azərbaycan Respublikasının Qanununun  tələblərinə uyğun olaraq, “Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməkdaşları tərəfindən 2018-ci ilin noyabr ayında vətəndaşların yaşayış yerləri üzrə qəbulunun keçirilməsinənə dair Cədvəl”ə əsasən noyabr ayının 13-də saat 10-00 dan 13-00-a dək Babək rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi. Qəbulun keçirliməsi ilə bağlı rayon sakinləri əvvəlcədən məlumatlandırıldı.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi