Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Culfa rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Noyabr ayının 2-də Culfa rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi.

 Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin «Аzərbаycаn Rеspublikаsındа sоsiаl-iqtisаdi inkişаfın sürətləndirilməsi tədbirləri hаqqındа» 24 noyabr 2003-cü il tarixli Fərmаnındа «vətəndаşlаrın müəyyən оlunmuş qrаfikə uyğun qəbulu, оnlаrın mürаciətlərinə, ərizə və şikаyətlərinə vахtındа bахılmаsı və hаqlı tələblərinin həllinin təmin еdilməsinin bütün dövlət qulluqçulаrının əsаs vəzifələrindən biri оlduğu» vurğulanmış olduğundan, qeyd olunan məsələlərə prokurorluq orqanlarının fəaliyyətində xüsusi önəm verilməklə həmin sahədə işin səmərəliliyinin artırılması istiqamətində ciddi tədbirlər görülür. Bununlа əlаqədаr оlаrаq Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun əməkdаşlаrı vətəndаşlаrın yеrlərdə qəbulunu həyаtа kеçirərək оnlаrın bütün mürаciətlərinə həssаslıqlа yаnаşaraq hər bir mürаciətin qаnuni həllinə nаil оlmаğа çаlışırlar.

 Bu gün hər bir vətəndaş əmin ola bilər ki, respublikadakı ictimai-siyasi sabitlik hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun əzmkar fəaliyyəti nəticəsində ciddi şəkildə qorunur. Prоkurоrluq оrqаnlаrı insanlаrın hüquq və azadlıqlarının pozulması hallarına, cinayətkarlığa qarşı daim barışmaz və qətiyyətli mövqe tutur, insan amili ilə bağlı olan hər bir məsələdə həssaslıq göstərməyə, üzərinə düşən bütün vəzifələri gerçəkləşdirməyə çalışırlar.

Muxtar Respublika Prokurorluğunda və ona tabe prokurorluqlarda vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 №-li əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

Muxtar respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

“Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməkdaşları tərəfindən 2018-ci ilin noyabr ayında vətəndaşların yaşayış yerləri üzrə qəbulunun keçirilməsinənə dair Cədvəl”ə əsasən noyabr ayının 2-də Culfa rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi. Qəbulun keçirliməsi ilə bağlı rayon sakinləri əvvəlcədən məlumatlandırıldı.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi