Sədərək rayon prokurorluğunun əməkdaşları tərəfindən tədbir keçirilib

   Oktyabr ayının 25-də Sədərək kənd 1 nömrəli tam orta məktəbində rayon prokurorluğunun təşkilatçılığı ilə “Saxta istifaçi adlar, profil və hesablar tərəfindən törədilən təhqir və böhtan cinayəti” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon prokurorluğnun müstəntiqi Elvin Zeynalov bildirdi ki, internet vasitəsi ilə sosial şəbəkələrdən istifadə etmək həyatımızın ayrılmaz parçasına çevrilib. Bu sahənin qanuni nizama salmanın məqsədi odur ki, insanların şərəf və ləyaqəti, həyat və sağlamlığı kimi amillər mühafizə altına alınsın. Bu mühafizə altına alma eyni zamanda hüquqi cəmiyyətin ictimai-siyasi sabitliyinin təmin olunmasının da başlıca şərtlərindən biridir. Zaman və məkan baxımından çox rahat istifadə edilən sosial şəbəkə fəaliyyəti bəzən təhlükəli və qanunazidd hərəkətlərlə reallaşdırılır. Qeyd edilən bu qanunazidd və qeyri-əxlaqi davranışlar saxta adlarla açılmış hesablar və saxta profillərdən istifadə etməklə həyata keçirilir. Ona görə də insan və vətəndaş hüquq və azadlıqları baxmından dövlət bu cür əməllərin qarşısını almaq üçün bununla bağlı qanunvericilikdə konkret normalar müəyyən etmişdir. Elvin Zeynalov bildirmişdir ki, hər bir şəxsin internetdən istifadə etmək, sosial şəbəkələrdə hesab və ya profil açmaq hüququ vardər. Lakin hər hansı bir şəxsin saxta adla hesab açmaqla və ya profil yaratmaqla qanunun tələbinə zidd hərəkət etməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun üçün arzuolunmaz nəticələr səbəb olacaqdır. Demək olar ki, milyonlarla insanın istifarə etdiyi qloballaşmış geniş sahə olan internet məkanında və sosial şəbəkələrdə bu cür əməllərə yol verməməsi üçün bünların bilinməsi hüquqi maarifləndirmə baxımından vacibdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
Hüquqi təminat və informasiya şöbəsi