Şərur rayon prokurorluğunda seminar keçirilmişdir

Qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında sənədlərin saxlanılması müddətlərinə dair Siyahı” üzrə müəyyənləşdirilən sənədlərin saxlanılma müddəti Azərbaycan Respublikasının bütün prokurorluq orqanları üçün məcburidir. Siyahı kargüzarlıqda sənədlərin səmərəli təşkili, onların saxlanılmasının təmin olunması, daimi saxlanılma üçün ayrılması və məhv edilməsi məqsədinə xidmət etməklə işlərin hazırlanmasında, nomenklaturanın tərtibində istifadə olunur. Sənədlərin dəyərliliyinin ekspertizasının vaxtında keçirilməsini və dövlət arxivlərinə daimi saxlanılması üçün təhvil verilməsini təmin edən prokurorluq orqanlarının rəhbərləri Siyahının tələblərinin icrasına məsuliyyət daşıyırlar. Siyahı "Prokurorluq haqqında" Qanunun müddəalarına uyğun prokurorluğun sisteminə və fəaliyyət istiqamətlərinə müvafiq bölmələr üzrə tərtib olunur. Siyahının bölmələrində maddələr onların məntiqi əlaqələri və ardıcıllığı ilə məsələlərin əhəmiyyətinə və sənədlərin növlərinə müvafiq yerləşdirilir.

Tabe prokurorluqların ekspert komissiyaları, prokurorluğun arxivində olan sənədlərin dəyərləndirilməsinə dair ekspertiza keçirir, hər il saxlanılması və məhv edilməsi üçün sənədlərin seçilməsini təşkil edir və bu barədə aktları mərkəzi ekspert komissiyasına təqdim edir, işlərin nomenklaturunun layihələrinə baxır və onları mərkəzi ekspert komissiyasına, zəruri hallarda isə ekspert-yoxlama komissiyasına baxılmağa çıxarır, arxivə təhvil verilməsi üçün daimi və uzunmüddətli saxlanılan sənədlərin siyahısının illik bölməsinə və saxlanılmalı olmayan sənədlərin məhv edilməsi aktlarına baxır, sənədlərin siyahısının, işlərin nümunəvi nomenklaturunun, kargüzarlığa dair vəsaitlərin hazırlanmasında və baxılmasında iştirak edir, itirilmiş və ya bərpası mümkün olmayan zədələnmiş sənədlər barədə aktlara baxır və prokurorluq işçilərinin ixtisasının artırılması üçün müvafiq tədbirlərin keçirilməsində iştirak edirlər.

Sonra ekspert komisiyyaları tərəfindən tərtib edilən sənədlərin məhv edilməsinə dair aktlarda daha cox rastlanan nöqsanlar təhlil edilib izahlar verilmiş, prokurorluq üzrə hüquqi aktların tələblərinin öyrənilməsinin və məhv edilməli olan sənədlərin vaxtında ayrılmasının zəruriliyi vurğulanmış, bu sahədə işin düzgün təşkilinə və hayata keçirilməsinə dair konkret tövsiyələr verilmiş və  bu sahədəki fəaliyyətlə bağlı qarşıya çıxan suallar cavablandırılmışdır.



Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
Hüquqi təminat və informasiya şöbəsi