Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda tədbirlər keçirilmişdir

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planı”na əsasən aprelin 2-də Naxçıvan şəhər prokurorluğunda, aprelin 3-də Şərur rayon prokurorluğunda, aprelin 4-də Babək rayon prokurorluğunda, aprelin 5-də Culfa rayon prokurorluğunda, aprelin 16-da Ordubad rayon prokurorluğunda, aprelin 17-də Şahbuz rayon prokurorluğunda, aprelin 18-də Kəngərli rayon prokurorluğunda, aprelin 19-da isə Sədərək rayon prokurorluğunda “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilmişdir.   

Həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunda və Muxtar Respublikanin tabe rayon (şəhər) prokurorluqlarının inzibati binalarında ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşələr yenidən təşkil edilmiş, prokurorluq orqanlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar agacəkmə kampaniyasında yaxından iştirak etmişlər.                

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

      Hüquqi təminat və informasiya şöbəsi