Babək rayon prokurorluğunda seminar keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə aprelin 12-də Naxçıvan şəhər və Babək rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə Babək rayon prokurorluğunda “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin tələblərindən irəli gələn vəzifələrin və Bеynəlхаlq Prоkurоrlаr Аssоsiаsiyаsının prоkurоrlаr üçün müəyyən еtdiyi pеşəkar məsuliyyət standartları, prokurorların əsаs vəzifələri və hüquqları və Cinаyət mühаkimə icraatı sistеmində prоkurоrluğun rоlu hаqqındа Аvrоpа Şurаsı Nаzirlər Kоmitəsinin 6 оktyаbr 2000-ci il tаriхli 19 sаylı Tövsiyələrinin nəzərə аlınmаsı” mövzusunda seminar keçirilmişdir.

Qeyd olunmuşdur ki, hər bir prokurorluq işçisi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunu, digər normativ hüquqi aktlarla və Azərbaycan Respublikası Baş Prokurorluğunun             08.02.2008-ci il tarixli geniş Kollegiya iclasında təsdiq edilmiş Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi ilə müəyyənləşdirilən davranış qaydalarına riayət etməli, prokurorluq işçiləri  fəaliyyəti dövründə prokurorluq işçilərinin andına sadiq olmalı, xidməti işini və işdən kənar davranışını həmin anda və bu Kodeksə uyğun qurmalıdır. Kodeks prokurorluq orqanları işçilərinin riayət etməli olduqları davranışı, etik normaları, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, prokurorluq orqanlarında korrupsiyanın və prokurorluq işçilərinin fəaliyyətində maraqların toqquşmasının qarşısının  alınmasında onların üzərinə düşən vəzifələri, cəmiyyətdə prokurorluq orqanları işçilərindən gözlənilən davranışın məzmun və dairəsini  müəyyən edir.

Prokurorluq orqanlarının üzərinə qanunvericiliklə qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi prokurorluq işçilərinin yuksək əxlaqi və peşə keyfiyyətlərindən, ləyaqətindən, cəmiyyətdə hörmətindən, asudə vaxtda davranış mədəniyyətindən birbaşa asılıdır. Hər bir prokurorluq işçisi təmsil etdiyi orqanın nüfuzunu yüksəltməli, vətəndaşların ədalət mühakiməsinə və hüquq mühafizə orqanlarına olan inamını artırmalı, bu vəzifənin məsuliyyətli və şərəfli bir iş olduğunu, ədalət mühakiməsinin həyata keçirilməsində onun rolunu nəzərə alaraq, öz xidməti fəaliyyətində üzərinə düşən vəzifənin əhəmiyyətini dərk etməli, qanunlara, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, bu hüquq və azadlıqları təsbit edən milli və beynəlxalq standartlara ardıcıl və müntəzəm riayət etməli, cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normaları və davranış qaydalarını gözləməli, prokurorluq işçisi adını uca tutmalı, şərəf və ləyaqətini qorumalıdır.

Prokurorluq işçisi öz xidməti fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarını, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanı, Beynəlxalq Prokurorlar Assosiasiyasının prokurorlar üçün müəyyən etdiyi peşə məsuliyyəti, əsas hüquq və vəzifə standartlarını, Azərbaycan Respublikası  Baş prokurorunun müvafiq əmrlərinin tələblərini rəhbər tutmalı, Prokurorluq işçiləri üçün etika və davranış üzrə Avropa rəhbər prinsiplərini və Cinayət mühakimə sistemində prokurorluğun rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin 6 oktyabr 2000-ci il tarixli 19 saylı Tövsiyələrini nəzərə almalı,  həmçinin cəmiyyətdə qəbul edilmiş etik qaydalara dönmədən əməl etməli, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə prokurorluq işçisi öz vəzifə borcunu layiqincə yerinə yetirməlidir.

Prokurorluq işçisi xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə prokurorluq orqanlarının nüfuzunu daim artırmalı, bütün hallarda elə fəaliyyət göstərməlidir ki, hər bir şəxs üçün nümunə kimi qəbul edilmiş olsun. Etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Prokurorluq işçisi öz peşə fəaliyyətində şəxsi maraqlarını cəmiyyətin və peşəsinin mənafelərindən üstün tutmamalı, öz fikirlərini ifadə etmək azadlığına, qanunvericiliklə müəyyən edilmiş qaydada ictimai birliklərdə birləşmək, milli və beynəlxalq təşkilatların fəaliyyətində iştirak etmək hüququna malikdirlər. Eyni zamanda prokurorluq işçiləri hər hansı siyasi partiyanın və ya təşkilatın üzvü olmamalı, siyasi aksiyalarda iştirak etməməli, siyasi partiyalara maddi və ya digər hər hansı şəkildə dəstək verməməli, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla təşviqatla məşğul olmamalı, habelə ideoloji təsirə məruz qalmasına dəlalət edən hərəkətlərdən çəkinməlidir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ayrı-ayrı fiziki və hüquqi şəxslərin, ictimai birliklərin maraqları dairəsində fəaliyyət göstərməməli, vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən sui-istifadə etməməlidir.

Prokurorluq işçisi xidməti fəaliyyətində qanunun aliliyini rəhbər tutmaqla yalnız faktlara əsaslanmalı, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinə riayət etməli, vətəndaşların hüquq və azadlıqlarına, hüquqi şəxslərin mənafelərinə əməl və hörmət etməli, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli, nəzərə almalıdır ki, milli qanunvericiliklə və beynəlxalq konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.

Sonra seminarda qarşıya çıxan suallar cavablandırıldı.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi