×

Xəta

JFolder: :files: Yol qovluğa gətirmədi. Path: /home/www/prokurorluq/images/xeber/noyabr/airport

×

Diqqət

There was a problem rendering your image gallery. Please make sure that the folder you are using in the Simple Image Gallery Pro plugin tags exists and contains valid image files. The plugin could not locate the folder: images/xeber/noyabr/airport

Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər verilmişdir

Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır, Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilir.
Noyabrın 2-də Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov maşın-mexanizmlərə və xidməti avtomobillərə baxmışlar.
Qeyd olunmuşdur ki, Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilmiş, hava limanına 25 adda 30 yeni texnika və avtomobil alınmışdır.

“Skymark” markalı yanacaqvuran, “Man” markalı yanacaqdaşıyan və yanğınsöndürən, “Mercedes” markalı xüsusi təyinatlı qartəmizləyənlər, “Schmidt” markalı yolsüpürən, “Trepel” markalı yükləyici maşınlar, təyyarə yedəkləri, yüksəldici platforma, “Trepel” markalı  təyyarəçəkən, “Sherpa” markalı 4 tonluq baqajçəkmə traktorları, yükqaldıran maşınlar və digər mexanizmlər yüksək texniki göstəricilərə malikdirlər. “Mercedes Sprinter” markalı 2 mikroavtobus, “Fiat Doblo”, “Nazlifan” və “Mitsubishi” markalı minik avtomobilləri də işçi heyətin rahat hərəkətini təmin edəcəkdir.
Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir.
Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağı inşa olunur
Coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, müasir inkişafı və turizm potensialı Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatına olan tələbatı artırır, mülki aviasiya sahəsində müasir infrastruktur yaradılır. Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası da bu sahədə görülən işlərin davamıdır.
Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında aparılan tikinti işləri ilə maraqlanmışlar.
Məlumat verilmişdir ki, uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Hazırda ərazidə torpaq işləri görülür. Tikinti işləri aparılarkən texniki tələblərə tam əməl olunur. Ərazidə yağış və qrunt sularının axıdılması üçün drenaj və kollektorlar qazılmışdır. Hazırda uçuş-enmə zolağının torpaq qatı bərkidilir, mühəndis-kommunikasiya xətləri çəkilir, yanğın nəzarət qülləsi inşa olunur. Müasir tələblər səviyyəsində tikilən uçuş-enmə zolağına keyfiyyətli asfalt-beton örtük salınacaqdır.
Yeni uçuş-enmə zolağı istifadəyə verildikdən sonra Naxçıvan Beynəlxalq Hava Limanında yük və sərnişin dövriyyəsinin həcmi artacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması, eləcə də aviasiya təhlükəsizliyi ilə bağlı tələblərə əməl edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.{gallery}xeber/noyabr/airport{/gallery}

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti