XİN əməkdaşları və gənc diplomatlar Naxçıvanda səfərdə olublar

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən gənc diplomatlar üçün "Xarici Siyasət Proqramı" çərçivəsində ötən il diplomatik xidmətə qəbul edilmiş əməkdaşlar, Xarici İşlər Nazirliyinin Kadrlar və Təşkilat-nəzarət idarələrinin rəisləri və ADA Universitetinin məsul əməkdaşlarından ibarət heyət Naxçıvan Muxtar Respublikasında səfərdədir.

Səfər proqramı ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarətlə başlayıb. Qonaqlar dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Səfər çərçivəsində qonaqlar Naxçıvan muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər.

Qeyd edək ki, günün ikinci yarısında heyət üzvləri ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində görüş baş tutacaq.

Proqrama əsasən, qonaqların iştirakı ilə Naxçıvan Dövlət Universitetində "Zəngəzur dəhlizi, Naxçıvana dəmir yolunun çəkilməsi və Qars müqaviləsinin tarixi" movzularında seminar keçiriləcək.

Heyət 50 nəfərdən ibarətdir.

Səfər 2 gün davam edəcək.

  

 

 

 

 

 

 

 

 

"Şərq" qapısı