Culfa rayon sakinləri ilə görüş olub

Yanvarın 5-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.

Əvvəlcə Culfa şəhərindəki şəhidlər abidəsi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib, gül dəstələri qoyulub.

Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Görüşdə 138 rayon sakininin şikayəti dinlənilib, 273 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.

 

 

NUHÇIXAN İnformasiya Agentliyi