Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ali Məclisin Sədri nümayəndə heyətini salamlamış, Naxçıvanın Türk dünyasının mərkəzində yerləşdiyini və mühüməhəmiyyətə malik olduğunu vurğulamışdır.

Ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən danışan Ali Məclisin Sədri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarının Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə etdiyini bildirmiş və İkinci Qarabağ müharibəsindəTürkiyənin göstərdiyi siyasi dəstəyə diqqəti çəkmişdir.Azərbaycan-Türkiyə əlaqələrinin türk cümhuriyyətlərinin birliyinə xidmət etdiyini bildirən Ali Məclisin Sədri Türkiyə BöyükMillət Məclisində Azərbaycanla bağlı müzakirə olunan bütün məsələlərin yekdilliklə qəbul edilməsinə görə nümayəndə heyətinə təşəkkür etmişdir.

Səmimi qəbula görə minnətdarlıq edən Şamil Ayrımnümayəndə heyətinin Naxçıvan MuxtarRespublikasına səfərinin önəmini vurğulamışvə 44günlük Vətənmüharibəsindən sonra Naxçıvanda olmaqdan məmnunluğunu bildirmişdir.İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə münasibətilə təbriklərini çatdıran qonaq ölkələrimiz arasındakı ikitərəfli münasibətləri diqqətə çatdırmış, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin bu baxımdan əhəmiyyətini qeyd etmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti