Naxçıvanda yüksək bal toplamış məzunlarla görüş olub

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanmış bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edərək demişdir: Hər bir ölkənin gələcəyi təhsilin səviyyəsindən və gənclərin necə yetişməsindən asılıdır. Ümummilli liderimiz Heydər Əliyev gənc nəslin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını daim ön planda saxlamış, buna nail olmağın yolunu isə elmin və təhsilin inkişafında görmüşdür.

Azərbaycanda mütərəqqi təhsil strategiyasının əsasını qoyan dahi şəxsiyyət deyirdi ki, “Müstəqil Azərbaycanın dövlətçiliyini, iqtisadiyyatını, elm və mədəniyyətini yalnız həqiqi təhsil, bilik almış adamlar inkişaf etdirib irəlilədə bilər”.Həqiqətən də, təhsilin dövlət və cəmiyyət quruculuğu prosesində rolu əvəzsizdir. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, - deyən ölkə Prezidenti cənab İlham Əliyev də təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirmişdir. Ali Məclisin Sədri demişdir:Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu tədbirləri etibarlı gələcəyimizə hesablanıb. Müstəqillik illərində muxtar respublikada bütün təhsil pillələri üzrə yeni texnologiyalara əsaslanan tədris infrastrukturu yaradılmış, 200-dən çox məktəb binası tikilmiş və ya yenidən qurulmuşdur. Həmçinin ali, orta ixtisas və peşə məktəbləri üçün də yeni binalar istifadəyə verilmiş, universitet şəhərcikləri salınmışdır. Təhsil müəssisələrində internetə çıxışı olan 900-ə yaxın elektron lövhə, 7 mindən çox kompüter quraşdırılmış, zəngin fonda malik kitabxanalar, kabinə və laboratoriyalar istifadəyə verilmişdir.

Qeyd olunmuşdur ki, innovativ təlim metodlarının, xüsusilə də STEAM təhsilin tətbiqi və tədrisin təcrübə sahələrinə yaxınlaşdırılmasıinsan kapitalının formalaşdırılması istiqamətində ciddi kəmiyyət və keyfiyyət dəyişiklərinə səbəb olmuşdur. Təbii ki, bütün bunlar tədrisin səviyyəsinə də öz təsirini göstərmişdir. Hər il ali məktəblərə qəbul imtahanlarında qazanılan uğurlu nəticələr bunu bir daha təsdiq edir. 2020-2021-ci tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların 261-i imtahanlarda yüksək nəticə göstərərək 500-700 arası bal toplamışdır.

Ali Məclisin Sədri görkəmli pedaqoq Makarenkonun“biz insan deyil, ölkəsini, xalqını sevən əsl vətəndaş tərbiyə etməliyik” fikirlərini diqqətə çatdıraraq demişdir: Bu gün sizə baxarkən məsuliyyətini dərk edən, xalqının milli dəyərlərinə və ənənələrinə, azərbaycançılıq ideyalarına sadiq olan vətənpərvər gəncləri görür və bununla qürur duyuruq. Vətənpərvərlik geniş məfhumdur. Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri yaxşı icra edirsə, deməli o, vətənpərvərdir. Tələbə-gənclər isə buna hərtərəfli təhsil almaqla, biliklərə dərindən yiyələnməklə, xarici dil öyrənməklə, yeni texnologiyaları mənimsəməklə və düzgün həyat yolu seçməklə nail olmalıdırlar.

“Təhsildə əsas hədəf qazanılan bilik və bacarıqları iqtisadi amilə çevirməkdir. Bu isə yaxşı mütəxəssis hazırlığından başlayır”,- deyən Ali Məclisin Sədri bildirmişdir ki, çalışın qazandığınız bilikləri praktikada tətbiq edərək ölkəmizə fayda verəsiniz. Bir sözlə, seçdiyiniz peşəni dərindən öyrənməklə yanaşı, həm də geniş dünyagörüşünə malik olmalı, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacarmalı, dəyərlərinə və tarixinə sahib çıxan, müasir təfəkkürlü kadrlar kimi yetişməlisiniz.

Ali Məclisin Sədri tələbə adını qazanmış hər bir gəncə bu yolda uğurlar arzulamış, çıxışını ümummilli liderimiz Heydər Əliyevin gənclərə tövsiyəsi ilə tamamlamışdır: “Zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz - yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”. 

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də diqqət və qayğı ilə əhatə olunmuşdur. 2020-2021-ci tədris ili ərzində də təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması davam etdirilmiş, Culfa Rayon Təhsil Şöbəsi və 6 məktəb üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, Ordubad və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. 2020-2021-ci tədris ili təhsildə innovasiyaların tətbiqi ilə yadda qalmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır. Eyni zamanda Sərəncama əsasən ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu günə qədər 52 təhsil müəssisəsində STEAM kabinələri yaradılmış, dərsliklər və tədris proqramları nəşr edilmiş, 200-dən çox müəllim STEAM təlimlərinə cəlb olunmuşdur. Hazırda isə əlavə olaraq 50 təhsil müəssisəsində STEAM kabinələrinin qurulması istiqamətində iş aparılır. 2020-2021-ci tədris ilində də ümumtəhsil məktəblərində işə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticələr qazanan gənc kadrlardan 306-sı müəllim, 55-i isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunmuş, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunmuş, Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması aparılmışdır. Yaradılan şərait və müəllim hazırlığı istiqamətində görülən tədbirlər onların fəallığını artırmış, cari tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 4-ü qalib olmuşdur.

Rəhman Məmmədov demişdir ki, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı mövzuların tədrisi prosesində muzeylərlə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslər, həmçinin elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi 2020-2021-ci tədris ilində də davam etdirilmişdir. Bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təhsil və şahmat sahəsində fərqlənən 2 şagirdin adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Bildirilmişdir ki, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının nəticəsidir ki, hərbi təhsilə maraq bu tədris ilində də artmışdır. IX sinfi bitirən şagirdlərdən 156-sı Heydər Əliyev adına Hərbi Liseyə qəbul olaraq kursant adını qazanmışdır. Bununla yanaşı, məzunlardan 30-u xüsusi təyinatlı ali məktəblərə qəbul olmuşdur. Ümumilikdə 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla 2882 məzun bitirmiş, onlardan 2470-i, yaxud 86 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. İmtahanda iştirak edən məzunlardan 1612-si, yaxud 65 faizi ali təhsil müəssisələrinə qəbul olmuşdur. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplamışdır ki, onların da 155-i, yaxud 60 faizi qızlar, 106-sı, yaxud 41 faizi isə oğlanlardır. Yüksək bal toplayan məzunlardan 57-si Naxçıvan şəhər, 35-i Şərur, 44-ü Babək, 21-i Ordubad, 32-si Culfa, 15-i Kəngərli, 21-i Şahbuz, 6-sı Sədərək rayonunun, 30-u isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdırlar. Muxtar respublikanın ali təhsil müəssisələrində yaradılan müasir infrastrukturun nəticəsidir ki, yüksək nəticə göstərən məzunların 150-si, yaxud 58 faizi muxtar respublikanın ali təhsil müəssisələrinə qəbul olmuşdur.Təhsilə göstərilən qayğının nəticəsidir ki, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişana, 41-i fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 121-i fərqlənmə attestatına layiq görülmüşdür. Muxtar respublika üzrə şagirdlərdən 26-sı Respublika fənn olimpiadasının qalibi olmuşdur.Rəhman Məmmədov muxtar respublika təhsilinin inkişafına göstərilən diqqət və qayğıya görə bütün təhsil işçiləri, müəllim, tələbə, müdavim və şagirdlər adından Ali Məclisin Sədrinəminnətdarlıq etmişdir. 

ValideynAytən Quliyeva çıxış edərək demişdir:“Müəllimi olduğum Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb Ali Məclis Sədrinin qayğısı ilə 2019-cu ildə yenidən qurulmuş, məktəbimiz kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təchiz olunmuşdur. 2020-2021-ci tədris ilində məktəbimizi bitirən  şagirdlərdən 2-si “Qızıl” nişana layiq görülmüş, 2-si tam orta, 4-ü isə ümumi orta təhsil bazasından olmaqla 6 şagird fərqlənmə attestatı almış, məzunlardan 39-u ali təhsil müəssisəsinə qəbul olmuşdur. Ali Məclis Sədrininhər il ali məktəblərə qəbulda yüksək bal toplayan tələbələrlə görüşü övladlarımızı daha yaxşı oxumağa ruhlandırmış, biz müəllim və valideynlərdə isə sabaha cavabdehlik hissini daha da artırmışdır. Bu gün mən çox sevinirəm ki, övladlarım muxtar respublikada yaradılan müasir təhsil şəraitindənvəyaradıcılıq mühitindən səmərəli istifadə edərək uğurlu nəticələr əldə etmişlər. Ali Məclis Sədrinin imzaladığı müvafiq Sərəncamla qızım Səkinə Quliyeva 2015-ci ildə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin VIII sinfində təhsil alarkən musiqi sahəsində fərqləndiyi üçün adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. Digər övladım Fatimə Quluzadə isə 2020-2021-ci tədris ilində Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yerin qalibi olaraq qızıl medalla təltif edilmiş, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbi “Qızıl” nişanla bitirmiş, qəbul imtahanında 623 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olmuşdur. İstənilən valideyn üçün bundan böyük xoşbəxtlik, bundan böyük sevinc ola bilməz. Bütün bunlar isə muxtar respublikada yaradılan müasir təhsil şəraiti və gələcəyimiz olan gənclərə göstərilən qayğının nəticəsidir”. Aytən Quliyeva müəllim və valideynlər adından minnətdarlığını bildirmişdir.

Qəbul imtahanlarında 682 bal toplayan muxtar respublika birincisiİlhamə Novruzova təhsilə göstərilən qayğıya görə məzunlar adından minnətdarlıq edərək demişdir:“Bu gün buraya toplaşan tələbələr ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edərək Ali Məclis Sədri ilə görüşə gəliblər. Muxtar respublikamızda təhsil inkişaf edir. Biz bunu daim hiss etmişik. Məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, yaxşı təhsil almağımız üçün geniş imkanlar yaradılmışdır. Təhsilimi başa vurduğum Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə qayğı ilə əhatə olunmuş, bütün zəruri tədris avadanlıqları ilə təchiz edilmişdir. Mən “Qızıl” nişanla təhsilimi başa vurmuşam. Qəbul imtahanında 682 bal toplayaraq muxtar respublika birincisi olmuşam. Bununla yanaşı, dünyanın ən tanınmış ingilis dili imtahanı olaraq İELTS-dən imtahan verərək yüksək nəticə göstərmişəm. Kompüter elmlərinə marağım yüksək olduğu üçün bu sahədə yaxşı mütəxəssis olmaq istəyirəm. Buna görə də “ADA” Universitetinin tədrisi ingilis dilində olan Kompüter elmləri ixtisasına qəbul olmuşam.Söz veririk ki, harada oxumağımızdan və yaşamağımızdan asılı olmayaraq ümummilli liderimiz Heydər Əliyev irsinin və əməllərinin davamçıları olacağıq".

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara“Naxçıvan:Şərqin əfsanəsi”kitabı və pul mükafatı təqdim olunmuşdur.

Qəbul imtahanında 580 bal toplayan Adil Seyidovun babası Nadir Əliyevminnətdarlıq edərək demişdir: “Mən 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü və partiyanın təsis konfransının iştirakçısı olmuşam. Yeni Azərbaycan Partiyası azadlıq, demokratiya, sülh və inkişaf partiyasıdır. Tarix sübut etdi ki, Azərbaycan xalqını işıqlı gələcəyə aparan bir yol vardır. Bu da ulu öndər Heydər Əliyevin yoludur. Bu yolun muxtar respublikada Ali Məclisin Sədri tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, hər kəs rahat yaşayır, fəaliyyət göstərir,gələcəyimiz olan gənclər yüksək səviyyədə təhsil alırlar.Valideyn kimi bütün bunlarla fəxr edirik”.

564 bal toplayan Nurlan Məmmədovun anası Mehriban İmanovada minnətdarlıq etmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti