Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib

  

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən avqustun 5-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işguzar səfər etmişdir.

Nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.  

                                                                             

Daha sonra səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edərək onlara muzey barədə ətraflı məlumat verilmişdir.

Qonaqlar muzeydə nümayiş etdirilən zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri ilə bağlı eksponatlarla tanış olmuşlar.

Baş prokurorun rəhbərlik etdiyi heyət həmçinin Ulu öndərin adını daşıyan tam orta məktəb və Hərbi Liseydə də olmuşlar. 

Bundan sonra Bəhruz Kəngərli muzeyini ziyarət etmiş qonaqlara Azərbaycan rəssamlıq sənətinin ən görkəmli nümunələrindən olan əsərlər barədə ətraflı məlumat verilmişdir.

 

Baş prokuror Naxçıvan Muxtar Respublikasının prokurorluq əməkdaşları ilə görüş keçirmişdir

                                             

Səfər çərçivəsində Baş Prokuror Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, eləcə də Sədərək rayon prokurorluğunda yaradılmış şəraitlə tanış olmuş və əməkdaşlarla görüş keçirmişdir. Xidməti vəzifələrini nümunəvi icra edərək səmərəli fəaliyyətlərinə, qanunçuluq  və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunların tələblərinə uyğun olaraq, bir qrup əməkdaş “Prokurorluğun fəxri işçisi” döş nişanı, “Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanı” ilə təltif edilmiş, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.