18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günüdür

İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi dövlətin ali məqsədidir. 

Azərbaycanda insan hüquqlarının qorunması, insan azadlıqlarının

təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 

İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcа meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycan Rеspublikаsının ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.

18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur. Dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz  Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.

İnsan hüquqları amili xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsası olmuşdur. Ulu öndərimiz sivil, dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərti kimi fundamental insan hüquq və azadlıqlarının müdafiəsi zərurətini, ona şərait yaradılmasının vacibliyini həmişə хüsusi qеyd еtmişdir. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda rеspublikаmızdа hakimiyyətə qayıdışındаn sonra ölkəmizdə qanunçuluğun təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlamışdır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatına əsaslanan vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılması istiqamətində respublikamızda mühüm islahatlar həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi elan edilmişdir.

Ötən müddət ərzində milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər qanunçuluğun təmininə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlıqla mübarizə tədbirlərinin genişləndirilməsinə real şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 nоyаbr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının ikinci bölməsi bütünlüklə Аzərbаycаn Rеspublikаsındа əsаs insаn və vətəndаş hüquq və аzаdlıqlаrınа həsr оlunmuşdur. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir.

Dеmоkrаtik inkişаf yоlu sеçmiş Аzərbаycаn Rеspublikаsındа insаn və vətəndаş hüquq və аzаdlıqlаrının müdаfiəsinin rеаl təminаtı üçün zəruri qаnunvеricilik bаzаsı yаrаdılmışdır. 1998-ci ilin 22 fеvrаlındа ümummilli lidеr Hеydər Əliyеv tərəfindən "İnsаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının təmin еdilməsi sаhəsində tədbirlər hаqqındа" Fərmаn imzаlаnmış, insаn hüquqlаrı sаhəsində həyаtа kеçirilən tədbirlərin istiqаməti və kоnsеpsiyаsı səhih şəkildə müəyyən оlunmuşdur. 1998-ci il 18 iyun tаriхdə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz "insan meyarı"nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan "İnsаn hüquqlаrının müdаfiəsinə dаir Dövlət Prоqrаmı"nı təsdiq etmişdir.

Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi. 2001-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılmışdır. Həmçinin 24 dekabr 2002-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında"  Konstitusiya Qanunu qəbul edilmişdir.

Beynəlxalq hüquqda insan hüquqlarını təsdiqləyən ən möhtəbər sənəd BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsidir. Bəyannamədə deyilir: "Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir".

Аzərbаycаn Rеspublikаsı 2001-ci ildə "İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа" Аvrоpа Kоnvеnsiyаsınа qоşulmаqlа bu Kоnvеnsiyа Kоnstitusiyаmızın 148-ci mаddəsinə müvаfiq оlаrаq milli qаnunvеriciliyin tərkib hissəsinə çеvrilmişdir. Həmçinin Аzərbаycаn Rеspublikаsı insаn hüquqlаrının qоrunmаsı sаhəsində mühüm bеynəlхаlq sənədlərə, о cümlədən BMT Bаş Məclisi tərəfindən qəbul еdilmiş "İşgəncələrə və digər qəddаr, qеyri-insаni, yахud ləyаqət аlçаldаn dаvrаnış və cəzа növünə qаrşı" Kоnvеnsiyаyа qоşulmuşdur.

Dövlət başçısı cənab İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib. Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Milli Fəaliyyət Proqramı ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verir.

 Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.  Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulmuşdur. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" Memorandum imzalanıb. Azərbaycan Respublikasının İnsan Hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

Tarixə nəzər salanda görürük ki, Avropada ilk dəfə kişilər və qadınların bərabər hüquqları məsələsi fransız inqilabının ideoloqları tərəfindən həll olunmağa başlayıb. 1791-ci ildə qadın təhsili haqqında qanun qəbul edilib, 1847-ci ildə isə İngiltərədə qadınların 10 saatlıq iş günü hüququ təmin edilib. ABŞ-da 1848-ci ildən bu yana evli qadınlar mülkiyyət hüququ, 1880-ci ildən isə həmkarlar ittifaqlarının üzvü olmaq imkanı əldə ediblər. Yeni Zelandiya qadınlarına ilk dəfə 1893-cü ildə seçki hüququ verilib. Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrum olduqları halda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. 1992-ci ildə Azərbaycan BMT və ATƏT-in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq təmin edilib.

Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanunun qəbul edilməsi ilə bağlı ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilib. Ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş onlarla Dövlət Proqramı həyata keçirilir. Hər il ölkəmizdə iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü yüksək səviyyədə qeyd edilir.

İnsan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən respublikamız bu sahədə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.  Bu gün Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq mexanizmlər tərəfindən irəli sürülən tövsiyələr isə daim Azərbaycan Respublikası tərəfindən dövlətdaxili qanunvericiliyn daha da təkmilləşdirilməsində istifadə edilir.

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq islahatları Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da davam etdirilir. Bu gün muxtar respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır.

30 dekabr 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edilmişdir. Həmin qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi və onun statusu ilə bağlı əlavə və dəyişikliklər edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 fevral 2006-cı il tarixli üçüncü çağırış ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmişdir. 21 fevral 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərman imzalamışdır.

İctimai həyatın ən müxtəlif sahələrini tənzimləyən qanunların cəmiyyətin inkişaf ahənginə uyğun təkmilləşdirilməsi, habelə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi baxımından, hüquq-mühafizə orqanlarının fəaliyyətində çevik həll prosedurunun tətbiqi vətəndaş cəmiyyətinin yetkinliyinin mühüm şərtlərindən sayılır. Avropa məkanına inteqrasiya kursunu prioritet seçməklə, hər bir fərdin maraq və mənafeyinin yüksək səviyyədə təminatını qarşıya məqsəd qoymuş respublikamızda dövrün tələblərinə cavab verən məhkəmə-hüquq islahatlarının aparılması davamlı prosesə çevrilmişdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.

Prokurorluq orqanlarının qanunçuluğun təmin edilməsi və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində nüfuzlu təsisata çevrilməsi, yenidən strukturlaşaraq fəaliyyətini dövrün tələbləri səviyyəsində qurması məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. Ulu Öndərin layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha etibarlı qorunması, onların sosial-rifah halının davamlı olaraq yüksəldilməsi istiqamətində, məqsədyönlü addımlar atılmışdır.

"Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarxili, 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planı" təsdiq edilmişdir. Tədbirlər Planında prokurorluq orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə insan hüquqlarının müdafiəsindən irəli gələn öhdəliklərin icrası sahəsində prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin səmərəli yerinə yetirmək, prokurorluq işçiləri tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsinin, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinə dair beynəlxalq müqavilələrin, onlarla əlaqəli digər beynəlxalq hüquqi sənədlərin öyrənilməsi və təcrübədə tətbiqi üçün tədbirlər görmək, şəxsin tutulması, həbs edilməsi, həbs yerlərində saxlanması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verilməsi, vəzifədən sui-istifadə və digər bu kimi hallarla bağlı faktları ətraflı araşdırmaq və qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək, Avropa Məhkəməsinin şəxsə qarşı təqibin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edilməsi faktı ilə deyil, səlahiyyətli orqan tərəfindən fərdə ünvanlanmış, onun cinayət törətməsi faktını təsdiqləyən bildiriş verilməsi faktı və ya bu mənanı verən başqa tədbirlə şərtləşdirməsi nəzərə alınaraq, cinayət təqibinə məruz qalan şəxslərin Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş hüquqların həyata keçirilməsinə şərait yaradılmasını və müdafiə hüquqlarının vaxtında reallaşdırılmasını təmin etmək, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin formalaşdırılmasına yönələn ifadələrdən istifadə olunması, təqsirsizlik prezumpsiyasını poza biləcək nitq ilə çıxış edilməsi, müsahibə verilməsi və ya ictimaiyyəti şəxsin təqsirli olduğuna inanmağa sövq edən bəyanatların yayılması qarşısının alınmasını təmin etmək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prokuror fəaliyyəti üçün əhəmiyyət kəsb edən qərarların prokurorluq işçiləri arasında yayılmasını təmin etmək və digər məsələlər öz əksini tapmışdır.

           

                 Fаiq Səfərоv

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi  təminat və  insan  hüquqları  məsələləri

şöbəsinin rəisi, ədliyyə müşaviri