• vtem slides

    Kələki kənd məktəbi müasir tədris imkanlarına malikdir 

    Noyabrın 24-də Ordubad rayonunun Kələki kənd tam orta məktəbi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, Kələki kənd tam orta məktəbi üçün 2003-cü ildə yeni bina tikilmiş, 2022-ci ildə məktəb binası yenidən qurulmuşdur. 2 mərtəbəli məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, direktor, direktor müavini, kompüter, psixoloq, müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana və qarderob yerləşir. Məktəbin kitabxana fondunda 2562 kitab vardır.…
  • vtem slides

    Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə 30 min ağac əkilib 

    1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası ötən müddətdə ölkəmizin əsas hərəkətverici siyasi təşkilatına çevrilmişdir. Bu gün Azərbaycanda, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir. Ötən müddətdə muxtar respublikada təbii sərvətlərimizə qayğı ilə yanaşılması və ekoloji tarazlığın qorunması istiqamətində də ardıcıl işlər görülmüşdür. Noyabrın 19-da Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə ağacəkmə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl…
  • vtem slides

    Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilib 

    Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımız əbədi yüksəkliyə qaldırılmış, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm qərarlar qəbul edilmişdir. Ulu öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Qurtuluşun əsasını qoymuş, milli birliyi və sabitliyi təmin etmiş, müstəqilliyimiz qorunub saxlanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək dövlətçiliyimizi daha da möhkəmləndirmiş, Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlmiş, torpaqlarımız işğaldan azad olunmuş, Böyük Zəfər qazanılmışdır. Noyabrın 17-də Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilmişdir.…
  • vtem slides

    Alışar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib 

    Noyabrın 10-da Alışar kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.…
  • vtem slides

    Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılıb 

    Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edərək Zəfər qazandı. Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılmış, Zəfər Parkı salınmışdır.  Noyabrın 5-də – Zəfər Günü ərəfəsində Naxçıvan şəhərində Zəfər Abidəsi istifadəyə verilmiş, Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş 

    Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.…
  • vtem slides

    Culfa Külək Elektrik Stansiyası istifadəyə verilib 

    Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Culfa rayonunda Külək Elektrik Stansiyası qurulmuşdur. Oktyabrın 31-də Culfa Külək Elektrik Stansiyası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.…
  • vtem slides

    Naxçıvanda Türkiyə Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə tədbir keçirilib 

    Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.…
  • vtem slides

    Unus kənd məktəbində müasir tədris şəraiti yaradılıb 

    Oktyabrın 28-də Ordubad rayonunun Unus kənd tam orta məktəbi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, ikimərtəbəli 120 şagird yerlik məktəbdə 10 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, direktor, şahmat, kompüter və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və bufet yerləşir.…
  • vtem slides

    NAXÇIVAN MUXTAR RESPUBLİKASININ PROKURORLUĞU PROKURORLUQ ORQANLARINA İŞƏ QƏBULLA ƏLAQƏDAR MÜSABİQƏ ELAN EDİR 

    Naxçıvan Muxtar Respublikasının Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu orqanlarında işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 7 ştat vahidi üzrə müsabiqə elan edir.…
  • vtem slides

    Naxçıvanda payızlıq taxıl əkini ilə bağlı səyyar müşavirə keçirilib 

    Ümummilli lider Heydər Əliyev demişdir: “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq... Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq”. Muxtar respublikada taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı, istehsal edilən taxılın sərfəli qiymətlərlə qəbulu əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb olmuşdur. Oktyabrın 25-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında payızlıq taxıl əkininin gedişi ilə bağlı səyyar müşavirə keçirilmişdir.…
  • vtem slides

    Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olub 

    Ümummilli lider Heydər Əliyev Kamil Əliyev sənətinə yüksək qiymət verərək demişdir: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaq”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adı verilmişdir. Oktyabrın 22-də - görkəmli sənətkarın anadan olduğu gündə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olmuşdur.…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikasının strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib 

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”. Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan etibarlı müdafiə olunur. Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və hakim yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılmışdır. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq digər bölgələrdə…
  • vtem slides

    Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidən qurulub 

    1925-ci ildən fəaliyyət göstərən 2 nömrəli tam orta məktəb zəngin təhsil ənənələrinə malikdir. Məktəb muxtar respublikada  təhsilin inkişafına töhfələr vermişdir. Naxçıvanda təhsil quruculuğu sahəsində görülən işlər 2 nömrəli tam orta məktəbi də əhatə etmiş, müasir maddi-texniki baza və tədris şəraiti yaradılmışdır. Oktyabrın 19-da Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilmişdir.…
  • vtem slides

    Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni bina istifadəyə verilib 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”. Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri, açılan yeni iş yerləri, istehsal və xidmət sahələrinin yaradılması dövlət müstəqilliyinin bəhrələridir. Oktyabrın 18-də – Müstəqilliyin Bərpası Günündə Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni inzibati bina isifadəyə verilmişdir.…
  • vtem slides

    Naxçıvanda Peyğəmbərimizin mövludu qeyd edilib 

    Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Came məscidinə gəlmiş, Peyğəmbərimizin mövludu münasibətilə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd etmişdir ki, bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir. İslam aləmində müqəddəs sayılan və hicri təqvimi ilə Rəbiül-əvvəl ayına təsadüf edən mövlud gecəsində müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün Allaha dualar edirlər, qəlblərə xoş bir duyğu, sevinc hakim kəsilir. Mövludun fəlsəfəsi bununla bitmir.…
  • vtem slides

    Naxçıvan şəhərində yeni uşaq bağçası istifadəyə verilib 

    “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”, - deyən ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət - uşaq siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir, uşaqların layiqli vətəndaş olaraq formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada da uşaqların təlim - tərbiyəsinə və təhsilinə xüsusi diqqətlə yanaşılır, bütün təhsil pillələri, o cümlədən məktəbəqədər tərbiyə müəssisələri üçün müasir şərait yaradılır. Oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə Naxçıvan şəhərində 8 nömrəli yeni uşaq bağçası istifadəyə verilmişdir.…
  • vtem slides

    Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilib 

    Ümumdünya Şahmat Federasiyası Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi ilə bağlı qərar vermiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 21 iyun tarixli Sərəncamına əsasən olimpiadanın keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmış, olimpiadaya hazırlıq işləri başa çatdırılmışdır.   Oktyabrın 2-də Naxçıvan Dövlət Milli Dram Teatrında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilmişdir.…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Beynəlxalq Şahmat Federasiyasının prezidenti ilə görüşüb 

    Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç ilə görüşmüşdür. Görüşdə Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə verilən dəstəyə görə təşəkkür ifadə olunmuş, Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı sahəsində görülən işlər və bu idman növünün kütləviləşməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışılmış, olimpiadanın yüksək səviyyədə təşkil edildiyi bildirilmişdir.…
  • vtem slides

    Naxçıvanda məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış keçirilir 

    Naxçıvan Muxtar Respublikasında istedadlı qadınların və fiziki imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması diqqətdə saxlanılır. Məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkil olunması onların sosial təminatı ilə yanaşı, həm də dəyərlərimizin yaşadılmasına xidmət edir. Sentyabrın 28-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı açılmışdır. Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərgiyə baxmışdır.…
Pause

Ümumdünya Şahmat Federasiyasının qərarına əsasən 2022-ci ilin oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir.

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində olimpiadaya hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açmış, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs etmişdir.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini, Təşkilat Komitəsinin üzvü Emin Hacıyev olimpiadaya hazırlıq işləri ilə bağlı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Şahmat Mərkəzində təmir işləri aparılmış, Beynəlxalq Şahmat Federasiyasının standartlarına uyğunlaşdırılmış, elektron şahmat lövhələri alınmışdır.  Olimpiadanın rəsmi internet səhifəsi və əsasnaməsi hazırlanaraq Beynəlxalq Şahmat Federasiyasına göndərilmiş və məlumatlar federasiyanın rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bu günədək 25 ölkədən 34 komanda qeydiyyatdan keçmişdir.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Təşkilat Komitəsi sədrinin müavini Mahir Məmmədov olimpiadaya yüksək səviyyədə hazırlığa görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, Naxçıvanda ölkə səviyyəli yarışlarla yanaşı, dünya səviyyəli yarışların da təşkil olunduğunu, Naxçıvan Şahmat Mərkəzinin müasir səviyyədə qurulduğunu, oyunların keçirilməsi, hakimlərin təşkilatlanma və idarəetməsi, azarkeşlərin rahat şəkildə oyunları izləməsi üçün bütün şəraitin olduğunu bildirmiş, olimpiadaya hazırlıq və yarışların keçirilməsi ilə bağlı məsələlərdən danışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə aidiyyəti üzrə tapşırıqlar verərək olimpiadanın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirmiş, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Əbədiyyət | Eternity | Вечность

Naxçıvan Muxtar Respublikası | Nakhchivan Autonomous Republic | Нахчыванская Автономная Республика

  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 011.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 121.jpg
  • 122.jpg

Nəşrlər