Sədərək rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Rayon prokurorluğunun təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində “Könüllü fəaliyyət və onun qanunla nizamlanması” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon prokurorluğunun müstəntiqi Elvin Zeynalov bildirdi ki, həyatda elə işlər var ki, qarşılıqsız, əvəzsiz yerinə yetirilir.Üstəlik bu işlərin görülməsi, insanın təkcə özü üçün yox digər insanlara, bütövlükdə cəmiyyətə köməklik məqsədi daşıyır. Buna da könüllü fəaliyyət deyilir. Dünyanın bir çox ölkəsində olduğu kimi ölkəmizdə də könüllü fəaliyyət hüquqla nizama salınmış, qanunla daha konkret vəziyyətə gətirilmişdir. Bildirdi ki, könüllü fəaliyyətin hüquqi tənzimlənməsi və hüquqi əsasları 9 iyun 2009-cu il tarixdən qüvvədə olan “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Qeyd edilən qanunun məqsədi ölkəmizdə hüquqi və fiziki şəxslərin əvəzi ödəniməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətlərdir. Qanunda deyilir ki, könüllü fəaliyyət-Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Könüllü fəaliyyəti könülllüər yerinə yetirir, amma bu sahədə bir də könüllü fəaliyyətin təşkilatçıları da var. Könüllü fəaliyyətin təşkilatçısı-könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyəşələn təşkilatları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Sonda Elvin Zeynalov qeyd etdi ki, könüllü fəaliyyətin ölkəmizdə həyata keçirilməsinin sərhədləri beynəlxalq əməkdaşlıqla daha da genişləndirilir. Belə ki, Azərbaycan Respublikasında könüllü fəaliyyətin təşkilatçıları Azərbaycan Respublikasının ərazisində könüllü fəaliyyəti həyata keçirmək üçü xarici könüllüləri dəvət edə bilərlər. Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində könüllü fəaliyyətlə yalnız Azərbaycan Respublikasının könüllü fəaliyyət təşkilatçıları ilə birgə məşğul ola bilərlər. Qanunla həmçinin, Azərbaycan Respublikasında könüllü fəaliyyətin təşkilatçılarına və Azərbaycan Respublikasının vətəndaşlarına xarici dövlətin ərazisində həmin dövlətin qaunvericiliyinə uyğun olaraq könüllü fəaliyyət ilə məşğul olmağa hüquq verilir. Tədbirin sonunda məktəblilərin maraqlandıran suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi