Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Naxçıvan şəhər prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Avqust ayının 19-da Naxçıvan şəhər prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun  tələblərinə uyğun olaraq, “Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməkdaşları tərəfindən 2019-cu ilin avqust ayında vətəndaşların yaşayış yerləri üzrə qəbulunun keçirilməsinənə dair Cədvəl”ə əsasən avqust ayının 19-da saat 10-00 dan 13-00-a dək Naxçıvan şəhər prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi. Qəbulun keçirliməsi ilə bağlı rayon sakinləri əvvəlcədən məlumatlandırıldı.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi