Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Yaşadığımız hüquqi, demokratik və dünyəvi bir cəmiyyətdə vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. Hüquq düşüncəsi-insanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqa zidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmini özündə birləşdirir. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimаi şüurun hüquqа münаsibəti əhəmiyyətli dərəcədə təsir edir. Onu yüksəltmək üçün hüququn təbliği işi yüksək səviyyədə təşkil olunmalı, hüquqi dövlət quruculuğunun vacib elementi kimi qəbul olunmalıdır. Vətəndаşın hüquq mədəniyyəti оnun öz hüquqlаrını dürüst bilməsi, hаbеlə öz vəzifələrini layiqincə yеrinə yеtirməsindən asılıdır. Hüquq təbliğatın zəif оlmаsı, təzаdlı, düzgün оlmаyаn tərbiyə ilə cəmiyyətdə hüquq pozuntularının sayının artması arasında səbəbli əlaqə heç kimdə şübhə yaratmır. Bu səbəbdən hüquq tərbiyəsi, hüququn təbliği və qanunvericiliyin izahı cinаyətkarlığın qаrşısının аlınmаsındа ən mühüm vаsitə kimi nəzərdən keçirilməlidir.

İkinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında muxtar respublikanın prokurorluq orqanlarının qarşısına cinayətkarlığın qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsi işi və qanunvericiliyin izahı əsas vəzifə kimi qoyulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və tapşırıqlarına uyğun olaraq, cinayət hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublika cinayətkarlığın səviyyəsi baxımından bu gün ən stabil regiona çevrilib, cinayət hadisələrinin sayı dəfələrlə azalıb, muxtar respublika cinayətsiz regiona çevrilib. Bununla bağlı hüquqi maarifləndirmə işinin əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri demişdir: “Hüquqi maarif işinin təşkil edildiyi bir cəmiyyətdə işləmək də, yaşamaq da rahatdır və belə cəmiyyət inkişaf edir. Ona görə də bizim əsas vəzifələrimiz hüquq maarifi işini gücləndirməkdən ibarət olmalıdır”. Ali Məclis Sədrinin proqram xarakterli tapşırıqlarını muxtar respublikanın prokurorluq orqanları özləri üçün prioritet vəzifə kimi qəbul edərək əsas diqqəti həyata keçirilən profilaktik tədbirlərin təsirliliyinin artırılmasına yönəldirblər. Çünki demokratik dövlət quruculuğunda insanların sağlam hüquqi düşüncəyə və hüquq mədəniyyətinə malik olmaları əsas şərtlərdəndir. Hüquq maarifinin yüksək səviyyədə olmasını muxtar respublika prokurorluğunun əməkdaşları özləri üçün əsas vəzifə hesab edərək bu istiqamətdə işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməkdaşları tərəfindən qanunvericiliyin izahı ilə əlaqədar 2019-cu ilin mart ayında Culfa şəhərlində, Ordubad rayonunun Dəstə kəndində, Şahbuz rayonunun Nursu kəndində, Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Sədərək rayonunun Heydərabad qəsəbəsində vətəndaşlarla görüşlər keçirilib. Görüşlər zamanı verilən suallar  prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi