Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Naxçıvan şəhər prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Dekabr ayının 11-də Naxçıvan şəhər prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi.

 Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

Torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlər müzakirə olunub

Dekabr ayının 11-də Babək Rayon İcra Hakimiyyətində torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlərin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Bununla bağlı keçirilən müşavirəni Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açıb. Qeyd olunub ki, torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən qanun pozuntularına qarşı mübarizə aparılması ilə bağlı bu ilin noyabr ayında Babək rayonunun qəsəbə və kəndlərində reyd  yoxlamaları keçirilib.

İcra başçısı bildirib ki, torpaqlardan istifadə ilə bağlı muxtar respublikada dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, bəzi vətəndaşlar qanunvericiliyi bilərək və ya bilmədən pozur, onlar torpaqlardan istifadə, tikinti aparılması qaydaları, mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar. Bu şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Diqqətə çatdırılıb ki, torpaqlardan qanunsuz istifadənin qarşısını almaq üçün inzibati tədbirlərlə yanaşı, icra nümayəndələri, polis sahə müvəkkilləri, bələdiyyələr vətəndaşlar arasında geniş maarifləndirmə və izahat işləri də aparmalı, bu sahədə tətbiq olunan qanunvericilik normaları onlara izah olunmalıdır.

Sədərək rayon prokurorluğu tərəfindən təbdir keçıirilib

Rayon prokurorluğunun təşkilatçılığı ilə dekabr ayının 6-da Sədərək kənd 2 nömrəli tam orta məktəbində “Ailədə uşaqların hüquqları” adlı tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun müstəntiqi Elvin Zeynalov çıxış edərək bildirib ki, insanların cəmiyyətdə ən vacib və dəyərli ittifaqı ailədir. Ailəni də bütöv tamamlayan uşaqlardır. Uşaq həyatda insanın ən dəyərli varlığı və sərvətidir. Uşaqlar sabahımız, gələcəyimizidir.

Bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində də Uşaq Hüquqları müasir və konkret şəkildə təsbit olunmuşdur.                                                                                                            

Sonra Elvin Zeynalov uşağın ailədə yaşamaq və tərbiyə olunmaq, öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq, müdafiə, öz fikrini bildirmək, ad, ata adı və soyad daşımaq, adının və soyadının dəyişdirilməsi və əmlak hüquqları haqqında ətraflı məlumat verib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminat və informasiya şöbəsi

 

Hüquqi maarifləndirmə günün tələbidir

 

İkinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında muxtar respublikanın prokurorluq orqanlarının qarşısına cinayətkarlığın qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsi işi və qanunvericiliyin izahı əsas vəzifə kimi qoyulub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməkdaşları tərəfindən qanunvericiliyin izahı ilə əlaqədar noyabr ayında Naxçıvan şəhəri 4 saylı inzibati ərazi dairəsində, Şərur rayonunun Muğançıq Mehrab  kəndində, Babək rayonunun Araz kəndində, Şahbuz rayonun Daylaqlı kəndində, Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Sədərək rayonunun Heydərabad qəsəbəsində əhali ilə görüş keçirilib. Görüşlər zamanı verilən suallar  prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Kəngərli rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Dekabr ayının 4-də Kəngərli rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.